Açmayın örtülərinizi! Zalımın ümidini qırın və sübut edin ki, kafirə qürur əyməz mömin

“Hanı ağıllıların ağlı? Hanı özünü, sözünü doğru bilənlər və dünyanı çılpaqlıqğa sığınıb idarə etmək istəyənlər? İnsanlığa ləkə gətirənlər, pisliyə sürükləyənlər, cavab verin görək , masalarınızı, yataqlarınızı və başqa əşyalarınızın üstnü rəngli örtüklərlə bəzəyirsiniz ki, gözəl görünsün, göz oxşasın baxanda. Amma, Allahın buyurduğu örtüyə qarşı çıxırsınız. Allahın yaratdığı ən gözəl varlığın çılpaqlığına razı olursunuz və məcbur edirsiniz. “

və başqa əşyalarınızın üstnü rəngli örtüklərlə bəzəyirsiniz ki, gözəl görünsün, göz oxşasın baxanda. Amma, Allahın buyurduğu örtüyə qarşı çıxırsınız. Allahın yaratdığı ən gözəl varlığın çılpaqlığına razı olursunuz və məcbur edirsiniz.

Hələ anlamadınızmı, örtük gözəllik gətirir, gözəlliyi aşikar edir? Hələ anlamadınızmı, örtüyü vacib edən, haqq din olan İslam bütün gözəllikləri özündə göstərir?

İslam düşmənləri , siz zalımsınız, amma acizsiniz, qorxaqsınız. Kimə, haraya təslimsiniz ona baxın və sonradan möminlərin təslim olduğu Qurana nəzər salın və görün ki, şərəfinizi , qürurunuzu satmısınız. Sizlər kimsəsiniz. Möminin silahı dua və heç zaman bitməz, tükənməz, amma sizin özünüz kimi silahlarınız da müvəqqətidir.

Əl götürün qan tökməkdən, mömin hicabına əl uzatmaqdan. Müsəlmanlar heç vaxt səsiz qalmayacaq. Hicab İslamın zəfər bayrağıdır. O heç vaxt başlardan enməyəcək. Müsəlmanı min yerə parçalasanızda, müsəlman olaraq qalacaq və bir olacaq.

Bu yola çıxan geri dönməyəcək.

” Açmayın örtülərinizi! Zalımın ümidini qırın və sübut edin ki, kafirə qürur əyməz mömin. Zeynəb (ə) olun. Bu örtülər laiqli başlarda deyin. Ölkədə qadın haqları deyib, gecə – gündüz bağıranların yaxasından yapışın. İslam düşməni olan şeytan yuvası İsrailin , insan qanına susayan Amerikanın ayağı altında körpü olanlara, nəfsinə, vəzifəsinə dinini, din qardaşlarını qurban verənlərə, ölkəsini satanlara üsyan edin. Haqq bizik, haqq bizdədir deyin. Zalımın boyunduruğuna düşməyin. “

Cahanda ən böyük öndərin, Peyğəmbərin (s) izindədir müsəlmanlar. Aləmlərə rəhmət sacan, könüllərin tək sultanı peyğəmbərin (s) izindərdir ümmət.

Zalim güclü olsada hicablı bacılarım, örtümüzə əl uzatsada zəfər bizimdir, haqqa sığınanlarındır. Biz azadıq , yalnız Allaha quluq. Bizə pusqu quranlara söyləyin ki, ədalət hakim olmalı, zülmə son qoyulmalı, insanlıq gözəl günə , haqqa qovuşmalı.

Açmayın örtülərinizi! Zalımın ümidini qırın və sübut edin ki, kafirə qürur əyməz mömin. Zeynəb (ə) olun. Bu örtülər laiqli başlarda deyin. Ölkədə qadın haqları deyib, gecə – gündüz bağıranların yaxasından yapışın. İslam düşməni olan şeytan yuvası İsrailin , insan qanına susayan Amerikanın ayağı altında körpü olanlara, nəfsinə, vəzifəsinə dinini, din qardaşlarını qurban verənlərə, ölkəsini satanlara üsyan edin. Haqq bizik, haqq bizdədir deyin. Zalımın boyunduruğuna düşməyin.

Qalx ey müsəlman , zülmün üruzərinə get . Dəstək verin İslama. Güclülər məzlumları necə əzdiyini seyr etməyimiz, müsəlmanı – müsəlmana düşmən görməyimiz yetmədimi? İslam düşməninə fürsət verməyin.

http://qafqaz.ir/az

 

 

DÖVRÜN MÜCAHİD QADINLARI

AMƏNƏ BEYGƏM MƏCLİSİ

İslam mədəniyyətində rəftar və xarakter baxımından kamil surətdə ictimai və dini əxlaqa, kəramətə sahib olan bir çox qız və qadınlar vardır. Onların arasında Amənə Beygəmə işarə etmək olar.

Amənə xatun, yaxud Amənə Beygəm böyük alim Birinci Məclisinin, yəni Əllamə Mühəmmədtəqi Məclisinin dörd qızından biridir. Tarixi mənbələrə görə Amənə xatun əməlisaleh və müctəhidə bir xanım olmuşdur. Onun müasiri olan “Riyazul-Üləma”nın müəllifi bu xanımı bilikli bir alim, mötəbər, mübariz və möminə bir xanım kimi xatırladır. Amənə Beygəm fiqh və İslam ehkamına dair kitablar tərtib etmişdir. Bundan başqa, o, “Biharul-Ənvar”ın bəzi cildlərindəki hədislərin toplanmasında qardaşı Əllamə Mühəmmədbaqir Məclisiyə (İkinci Məclisi) kömək etmiş və hətta həyat yoldaşı Molla Mühəmmədsaleh Mazandarani, Əllamə Hellinin “Qəvaid” (“Qaydalar”) kitabındakı çətin ibarələrin çözülməsində xanımının fikirlərindən bəhrələnmişdir.

Bu xanımın həyatındakı ən əhəmiyyətli nöqtələrdən biri, onun evlilik məsələsinə olan münasibətidir. Belə ki, tarix kitablarında zikr edilmişdir ki, Molla Mühəmmədsaleh Mazandarani, Əllamə Mühəmmədtəqi Məclisinin ən seçilmiş şagirdlərindən biri olmuş, ustadının ehtiram və etimadını qazanmışdı. O, son dərəcə yoxsulluq və ehtiyac içində yaşaması ilə yanaşı, gənclik dövrünü tənha və həyat yoldaşı olmadan keçirirdi. Şagirdinin bu vəziyyətindən xəbərdar olan Əllamə bu problemi həll etmək qərarına gəlir. Bir gün dərs bitdikdən sonra Molla Salehin evlilik haqqındakı rəyini öyrənir. Onun razılığını əldə etdikdən sonra qızı Amənə Beygəmlə Molla Saleh haqqında söhbət edir. Əllamə qızına deyir: “Qızım, sənə bir həyat yoldaşı tapmışam ki, son dərəcə kasıb, yoxsul və olduqca fəzilətli, elmli, saleh və kamildir. Amma onu qəbul etmək sənin ixtiyarındadır. Bu məsələyə fikrini bildirməyini istəyirəm”. Alim xanım Amənə Beygəm atasına belə deyir: “Ata, kasıbçılıq və yoxsulluq kişilər üçün eyib deyildir!” Bununla da o, Molla Mühəmmədsaleh Mazandarani ilə evliliyə razılığını elan edir.

Bu xanımdan İslam dünyasına əzəmətli alim kişilər doğulmuşdur. Şiə məzhəbinin ali məqamlı alimi Əllamə Vəhid Bəhbəhani, Əllamə Bəhrul-ülum, Seyid Əli Təbatəbai (“Riyaz”ın sahibi) və bizim əsrin böyük alimi, dünya şiələrinin mərcəi-təqlidi mərhum Ayətullah Bürucərdi və s. Amənə Beygəm və Molla Mühəmmədsaleh Mazandaraninin qız nəvələrindəndirlər.

Eləcə də Amənə xatun öz ictimai fəaliyyətləri ilə dövrünün ən tanınmış və sevilən mübariz qadınlar sırasına daxil edilmişdir. O, öz asudə vaxtlarında xalqın iddia və mübahisələrini təhqiq edər, onların dini və ictimai problemlərini həll edərək suallarını cavablandırardı.

Bu möhtəşəm xatun ömrünün son anlarına qədər elmi, dini və ictimai məsələlərin həlli ilə öz dövrünün xanımlarını fikri azadlığa səsləmişdir. Onun mübarək qəbri İsfahan məscidlərinin birində yerləşir.

Sonda zəruri olaraq qeyd etmək istəyirik ki, bu modernizm böhranında və insani dəyərlərin qərb mədəniyyətində məhvə doğru sürükləndiyi bir şəraitdə bizim dini mədəniyyətimizdə heç də az olmayan belə mübariz qadınların həyatını oxumaq və onları yenidən canlandırmaqla dünya və axirət səadətini vəd edən bir həyata çıraq yandırıb, belə ali hədəflərə doğru addımlaya bilərik.

http://qafqaz.ir/az

 

 

NÜSRƏT ƏMİN

Nəsli 30 vasitə ilə Həzrət Əli ibn Əbutalibə (ə) çatan, “İsfahanlı müctəhidə xanım Nüsrət Əmin” adı ilə tanınmış Haciyə xanım Nüsrət Beygəm Əmin hicri şəmsi tarixinin 1265-ci (m.1849) ilində İsfahanda dünyaya göz açıb. Atası Hacı Seyid Mühəmmədəli Əminul-Tuccar İsfahani mömin və səxavətli bir insan, anası isə olduqca şərafətli və xeyirxah bir xanım idi. Qızının oxumağa böyük həvəs göstərdiyini görən anası onu 4 yaşından Quranı və fars dilində yazıb-oxumağı öyrənməsi üçün məktəbə göndərir. Halbuki o zamana hakim olan mühitdə çox az ailələr öz qızlarını elm əldə etmək üçün məktəbə, yaxud mədrəsəyə göndərirdilər.

Beləliklə, öz təhsilinə davam edən Əmin xanım 15 yaşında əmisi oğluna ərə gedərək onunla ailə həyatı qurur. Uşaqları dünyaya gələndən sonra isə onların tərbiyəsi ilə də özü məşğul olmağa başlayır. Lakin bütün bunlar onun təhsilini davam etdirməsinə, islami elmləri mütaliə və təhqiq etməsinə, araşdırmasına mane ola bilmir.

Kiçik yaşlarından Allah-Taala aşiqi və Allahın nişanələri, məxluqatı üzərində xüsusi təfəkkürə, düşüncəyə sahib olan Əmin xanım hikmət elminin təhsili zamanı müəyyən kəşflərə, yeniliklərə nail olur. Bu barədə onun təfsirə dair yüksək səviyyədə yazılmış sənət əsərlərindən “Ərbəinul-Haşimiyyə” və “Nəfəhətul-Rəhmaniyyə” kitabları buna ən gözəl nümunədir.

40 yaşında ikən “Ərbəinul-Haşimiyyə” kitabının nəşrinə nail olur. Elmi dərəcə almaq üçün mərcə və alimlər: Ayətullah Hairi Yəzdi, Ayətullah Mühəmməd Kazim Yəzdi və b. tərəfindən özünü təsdiq edəndən sonra dövrün mərcəi-təqlid və alimlərinin sual-cavabla dolu imtahanlarındakı iştirakında uğur qazandığı üçün o, Ayətullah-üzmalar tərəfindən ictihad dərəcəsinə yetişir. Beləliklə, İslam dünyasında ilk müctəhidə xanım olur.

Müctəhidə Əmin xanım 1344-cü ildə öz sərmayəsi ilə İsfahanda vahid İslam qızlar məktəbi təsis edir. 1346-cı ildə isə ilk dəfə olaraq “Fatimə (s) məktəbi” adı altında qadınların dini elmlər mədrəsəsini təsis edir. Bu təşkilat həmin vaxtdan müsəlman qadınların dini təlim və tədrisində, görkəmli qadın simalarının inkişafında özünəməxsus rol oynayır.

Əmin xanım zövqlü, təvazökar, müdrik, gülərüz, sakit və azdanışan, heç bir dəbdəbəyə meyil etməyən bir alim və Əhli-Beytin (ə) ən sadiq dostlarından biri idi. Onun müqəddəs və lütfdolu vücudu ürfan elminə, mənəviyyata elə qərq olmuşdu ki, onu görən hər kəs onun daxili aləminin, yüksək əxlaqının cazibəsinə düşürdü. Bu elmli, alim qadının varlığının mehi cəmiyyət qadınlarının üzərinə əsərək yatmış düşüncələrin oyanmasına, onların dini elmlərin təhsili yolunda inkişafına və mənəvi təkamülünə təkanverici qüvvə oldu.

Əmin xanım uzun illər elmi təhsil və mənəvi məqam yolunda zəhmət çəkərək, həqiqətən, sübut etdi ki, qadın ictimai mühitdə, hicab pərdəsi altında da tam bir təqvası, iffəti və müqəddəs dininin hökmlərinə riayət etməsilə öz elmi təhsilini davam etdirə bilər, görkəmli mövqeyə nail olub, elmlə din arasında bağlılıq yarada bilər. O, hicabın təkamül və inkişafa mane olmasını təsəvvür edən hər kəsin və ya “qadın hər növ inkişafi təkamüldən məhrum olmalıdır”, – deyən bir qrup insanların əksinə olaraq ayağa qalxdı və o cür səhv düşüncələri alt-üst etdi.

Allah-Taalanın bu müqərrəb bəndəsinin pak ruhunu xalis etmək və cilalamaq üçün düçar etdiyi ən böyük imtahanlar onun övladlarının erkən yaşlarında dünyalarını dəyişmələri oldu. Belə ki, o, səkkiz övladından yeddisini xəstəlik və s. kimi müxtəlif səbəblər üzündən itirmiş, yalnız bir oğlu sağ qalmışdı. Lakin bu müsibətlər bu yeganə müctəhidə xanımın əzm və iradəsinə xələl gətirə bilməmişdi. Bu isə onu göstərir ki, əgər qadın təkamül yoluna qədəm qoyar, Allahı öz əməllərinin Naziri, bütün məxluqatın Maliki bilərsə, hətta övladlarının itkisi belə onun ixtiyarını əlindən ala bilməz .

Müctəhidə xanım Seyidə Nüsrət Əmin şiə aləminin görkəmli alimlərindən və ilahi övliyalardan biri idi. Bütün ömrünü İslam maarifinin təlim-təhsilinə sərf edən Əmin xanım özündən sonra Quran təfsiri, hədis, hikmət, fiqh, üsul və əxlaq sahələrinə həsr edilmiş qiymətli əsərlərini yadigar qoydu. Bu görkəmli xanımın bəzi əsərləri bunlardan ibarətdir:

1. “Əl-Ərbəinul-Haşimiyyə” birinci əsəridir.

2. “Təfsir məxzənul-urfan” 15 cild, bütün Quranın təfsiri

3. “Cameul-şitat”

4. “Nəfəhatul-Rəhmaniyyə” və s.

Əmin İsfahani xanım özündən sonra qiymətli əsərlər yadigar qoymaqla yanaşı, bir çox şagirdlər də tərbiyə etmiş və məktəblər, mədrəsələr təsis etmişdir.

Elm aləmində böyük xidmətlər göstərən, islami maariflənmənin avanqardı və ideoloqu olan bu xanım hicri şəmsi tarixinin 1363-cü ilində 97 yaşında vəfat etdi və Allahın rəhmətinə qovuşdu.

http://qafqaz.ir/az


more post like this