Hicab İlahi dinlərdə – 5
islamtimes.org/az – Xristian və Avropa xalqının geyimlərindən çəkilmiş şəkillərə baxdıqda aydın şəkildə qadınlar arasında hicaba tamamilə riayət və hörmət olunduğunu görürük. “Braun və Şnayder”, “Müxtəlif millətlərin geyimləri” adlı kitabda Xristian qadınlarına aid şəkillərdən bəzilərini gətirərək göstərmişlər. Bu şəkillərdə onların hamısının uzun paltarı və baş örtükləri vardır. (“Müxtəlif millətlərin geyim tərzi”, Braun və Şnayder, səh. 116;)

Hicab, İslam şəriətində:
İslam, son İlahi dindir. Bu din ən kamil din sayılmaqla yanaşı həm də həmişəlik və bütün bəşəriyyət üçündür. İslam dini aləmlərin yaradanı uca Allah tərəfindən seçilib göndərilmiş və bəyənilmişdir. İslam, geyim və örtüyü “İlahi hədiyyə” kimi tanıtdırmış və qadınların örtünməsinin zəruriliyini müvafiq nizam və düzəlişlə cəmiyyətə bildirmişdir. Qadınların geyimləri haqqında mövcud olan azğınlığın, hər növ ifrati və dar düşüncəli xətərlərinin qarşısını alaraq öz şəriət qanunlarında insanın qərizə və meyli istəklərinə müəyyən məhdudiyyətlər qoymuşdur.

İslama aid hicabda, zərərli səhlənkarlıq və saymazlıq, lazımsız və yersiz sıxıntı mövcud deyildir. Qərb, hicablı müsəlman qadınları belə təsvir və təbliğ edir ki, onlar evində və ya pərdə arxasında həbs olunmuş, ictimai məsələlərdən uzaqlaşdırılmış və azadlıqdan məhrum olanlardır. Lakin İslama aid olan hicab bu fikri rədd edir və bildirir ki, qadın, naməhrəmlərlə ünsiyyət yaratdıqda öz saçlarını və bədənini örtməli, özünü nümayiş etdirməməlidir. Güclü cinsi istəklərə və meyllərə baxmayaraq, İslam dininin buna muvafiq bir çox qanunları nəzər diqqətimizi özünə cəlb edəcəkdir. Allah Təala bu qanunları tərtib etməklə qərizə və cinsi istəklərin düzgün təmin olunmasını, həmçinin ram edilməsi və azadılmasını istəmişdir.

Qurani-Kərimdə hicab:
Müqəddəs Quran kitabında hicabın zəruriliyi, miqdarı və keyfiyyəti haqqında bir neçə açıq-aşkar ayələr nazil olmuşdur. “Nur” surəsinin 30-cu və 31-ci ayələrində geniş şəkildə belə zikr olunmuşdur:
قُلْ لِلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ . وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا ۖ وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ ۖ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَىٰ عَوْرَاتِ النِّسَاءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِنْ زِينَتِهِنَّ ۚ وَتُوبُوا إِلَى اللَّهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُون.
“ (Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)”

Həmçinin “Əhzab” surəsinin 59-cu ayəsində belə buyrulur:
يَا أَيُّهَا النَّبِيُّ قُلْ لِأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَنْ يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗ وَكَانَ اللَّهُ غَفُورًا رَحِيمًا
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”
“Əhzab” surəsinin 32-ci və 33-cü ayələrində isə belə oxuyuruq:
يَا نِسَاءَ النَّبِيِّ لَسْتُنَّ كَأَحَدٍ مِنَ النِّسَاءِ ۚ إِنِ اتَّقَيْتُنَّ فَلَا تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَقُلْنَ قَوْلًا مَعْرُوفًا. وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَلَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْأُولَىٰ ۖ وَأَقِمْنَ الصَّلَاةَ وَآتِينَ الزَّكَاةَ وَأَطِعْنَ اللَّهَ وَرَسُولَهُ ۚ
“Ey Peyğəmbərin zövcələri! Siz hər hansı bir qadın kimi deyilsiniz. Əgər (Allahdan) qorxursunuzsa, (yad kişilərlə) nazlana-nazlana danışmayın, yoxsa qəlbində xəstəlik olan tamaha düşər. (Şəriətə) müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. ”

Hicab, hədislərdə:
Əziz İslam peyğəmbərimiz Muhəmməd (s) və məsum imamlarımız (ə) hicaba və örtüyə ciddi şəkildə riayət olunmasında əmr etmələrinə baxmayaraq, təklif olunan qayda-qanunlar, İslam cəmiyyətini zərifliyə və təmizliyə hidayət etmişdir. Bu bölmədə biz onlardan bəzilərini nəql edirik.

Nazik və bədəni göstərən örtük və libaslardan çəkinin:
Günlərin birində, Əsma – Peyğəmbərin xanımının bacisi – nazik və bədəni bilinən libasda Peyğəmbərin (s) evinə gəldi. Peyğımbər (s) ondan üz çevirib ona baxmadan belə buyurdu: Ey Əsma! Qadın, yetkinlik dövrünə çatanda üzündən və əllərindən başqa bədəninin heç bir yeri görsənməməlidir.” (Sünəni Əbu Davud, 2-ci cild, səh. 383;)

Evdən çöldə bəzənib və ətirlənməyin nəhy olunması:
Peyğəmbər (s) bir hədisdə qadının başqaları üçün özünü bəzəməsi barədə buyurdu: “Əgər qadın, öz ərindən başqası üçün bəzənərsə, Allah təala onu cəhənnəm odunda yandırar.” (Biharul-ənvar, cild-103, səh. 242;)

Qadınların özlərini kişilərə oxşatmasının qarşısının alınması:
Peyğəmbər (s) buyurdu: Allah, özlərini qadınlara oxşadan kişilərə və özlərini kişilərə oxşadan qadınlara nifrin etmişdir.” (Həmin mənbə;) İmam Baqir (ə) da, bu hədis barədə belə buyurmuşdur: “Qadının özünü kişiyə oxşatması caiz deyildir. Çünki, Peyğəmbər (s), özlərini qadına oxşadan kişiləri və həmçinin özlərini kişiyə oxşadan qadınları lənətləmişdir.” (Həmin mənbə, səh. 258;) Qurani-Kərimdə və rəvayətlərdə, qadınların hicabının qorunması barədə söylənilən göstərişlərdən başqa, kişilərin öhdəsinə də bir çox məsuliyyətlər qoyulmuşdur. Bu məsuliyyətlər aşağıdakılardan ibarətdir:

Cəmiyyətdə qadınlara nisbət iffətli olmaq:
Peyğəmbər (s) buyurmuşdur: “Cəmiyyətin qadınlarına nisbət iffətli olun ki, sizin də qadınlarınıza qarşı iffətli olsunlar.” (Vəsailuş-Şiə, 14-cü cild, səh. 141;)

Qəmzə ilə baxmamaq:
Bu barədə İmam Sadiq (ə) dən belə nəql olunmuşdur: “Qəmzəli baxış, Şeytanın zəhərli oxlarından biridir. Bir çox baxışlar var ki, onun arxasında uzun həsrətli baxışlar gizlənib.” (həmin mənbə, 14-cü cild, səh. 138;)

Müsəlman fəqihlərin və alimlərinin baxışı:
Qeyd edildiyi kimi, örtük, İslam dininin və bütün İslam məzhəblərinin zəruri əməllərindən biri sayılır və onu vacib bilirlər. Həmçinin qadının naməhrəm kişilərin qarşısında və namaz qıldıqda üzü və əlləri (biləkdən aşağı) istisna olmaqla saçlarını və bütün bədənini örtməlidir. Bu məsələdə müsəlman fəqihləri və alimlərin nəzərləri eynidir; Əlbəttə Şafeilər və bəzi şiə məzhəbinin alimləri naməhrəm kişilərin hüzurunda üzün örtünməsini də lazım və zəruri saymışlar. Bu yazımızın sonunu İmam Xomeyni (r.ə)-in hicab və onun həddi barədə olan suala cavabı ilə yekunlaşdırmaq istəyirik. Bəlkə də bu cavab müsəlman alimlərin nəzər diqqətini özünə cəlb edə bilər deyə düşünürük:

Hicab İslam dinində vacibdirmi? Xüsusilə İslam cəmiyyətində İlahi əmri inkar edənlərin, ona etinasız yanaşanların hökmü nədir?

“ Hicab dinin zəruri və vacib əməllərindən biridir. Onu inkar edən hər hansı bir kəs, əgər Allahı və onun Rəsulunu da inkar edirsə dinin zəruri və vacibatını inkar etmiş sayılır. Dinin vacibatlarını inkar edən isə küfrə məhkum edilir.”

Qadınlar üçün İslami sayılan hicabın həddi nə qədərdir? Bu məqsədlə, azad geyim və şalvar, baş örtüyü kifayət edirmi? Əsasən naməhrəm kişilərin qarşısında qadının örtünməsi və geyinməsi hansı keyfiyyətdə olmalıdır?

“Qadının bütün bədəninin üzvlərini, üzü və əlləri (biləkdən aşağı) istisna olmaqla naməhrəmdən örtməsi və gizlətməsi vacibdir. Söylənilən libas, əgər vacib olan miqdarı örtərsə heç bir maneəsi yoxdur; Lakin çadra ən yaxşısıdır. Namərəmlərin diqqətini cəlb edən libasları geyinməkdən çəkinmək lazımdır.” (Qadınların hökmləri, Muhəmməd Vəhidi, səh. 37;)

Hicabın keyfiyyəti və həddiinin dörd dinlərin hamısında müqayisəsi və son araşdırmaların nəticəsi bunu göstərir ki, hicab başqa dinlərdə, İslam dininə nisbətən intensivliyi çox olmuşdur. Məsələn, baxmayaraq ki, Zərdüştilər zamanında üzün örtülməsi ümumi sayilmamasına baxmayaraq, sonralar bu əməl ümumiləşmişdir.

Söylənilənləri nəzərə alaraq, belə məlum olur ki, çadır və üzü baqlamaq Məsihilərin və Yəhudilərin əxlaqi əsaslarından hesab olunmuşdur. Halbuki, İslam fəqihlərinin əksəriyyətinin nəzərində üzün örtülməsi vacib deyildir. Zərdüştlük dinində qadının aybaşı halında kənara çəkilməsi, Yəhudi dinində qadının küçədə səsini eşitməklə, qadının mehriyyəsini ödəmədən onu boşamaq üçün kişiyə hüquq verilməsi, çadranın və örtüyün vacib sayılması, həmçinin hər ikisinin açıq-aşkar məsihilərin müqəddəs kitabında, kilsədə məsihilər tərərfindən qadının naməhrəmlər qarşısında susması və s.. bu mövzumuza ən gözəl sübutdur. Buna görə də, nəinki hicab qanununu İslam dini vacib saymış, hətta tarix boyu hicab barədə ifrata və təfritə yol verməmək məqsədi ilə onu qanunlaşdırmış və tənzimləyərək balanslaşdırmışdır. Beləcə hicabı doğru və düzgün şəkildə, qadının insani fitrəti və kişinin qeyrəti ilə uyğunlaşdıraraq təmin etmişdir.

Mühəqqiq: Səid Əsgəri
Mütərcim : Əli Həsənzadə
İSLAMTİMES

http://www.islamtimes.org


more post like this