İslamtimes – Örtünməyin və hicabın zəruriliyi adətən qadınların fitrətində və xüsusiyyətində qoyulmuşdur.
islamtimes
Hicab, İlahi dinlərdə – 2
Hicab, İlahi dinlərdə – 2
islamtimes.org/az/ – Bütün dinlərdə hicabın keyfiyyəti ilə hüdudunun müqayisəsi, onun dəyərləndirilməsi nəzərə alınmışdır. Beləki, bu dörd dinləri araşdırdıqda belə ələ gəlir ki, hicab məsələsi İslam dinindən başqa digər dinlərdə də daha çox intensiv qarşılanmışdır. Misal üçün, üzü örtmək Zərdüşt zamanında ümumi olmasa da ondan sonra Zərdüştilər arasında ümumiləşmişdir. Bu məqaləmizdə məqsədimiz, hicabın və örtük taxmağın müxtəlif dinlərdə müqayisəsini araşdırmaqdır.

Hicab və örtünməyi insanın fitrəti tələb edir: Bütün dinlərdə və məzhəblərdə örtünməyin və hicab geyinməyin xüsusi yeri vardır. Onun əsas səbəblərindən biri də budur ki, hicab və ismət, fitri olan bir hisdir.

Həzrət Adəmin (ə) və Həvvanın dastanı da bu məsələnin fitri olmasını sübut edir. Tövratda (Yəhudilərin müqəddəs kitabı Məsihilər üçün də müqəddəsdir), oxuyuruq: “Eləki qadın o ağacı gördü, onu yemək üçün yaxşı, xoş və uyğun, ürək açan və bilik artıran ağac olduğunu bildi. Onun meyvəsindən yedi və öz həyat yoldaşına da verdi. O da həmin meyvədən yedi. Bu vaxt, hər ikisinin gözləri açıldı və hər ikisi özlərinin lüt və çılpaq olduğunu dərk etdilər; Sonra incil ağacının yarpaqlarını özlərinə tikdilər, eyblərini örtməklə gizlətdilər..”

Sonra davam edir: “Və Adəm, öz arvadının adını Həvva adlandırdı; Çünki o bütün həyat və yaşayışın anasıdır. Allah Adəmi və onun həyat yoldaşının dəri ilə əhatə edərək onları geyindirib örtdü.”(Tövrat,3-cü bölüm, ayələr 6-8 və 20-21); Bu mətnə əsasən, Adəm və Həvvanın libasları yox idi. Sonra qadağan olunmuş ağacdan yedikdən sonra gözləri açılır və açıq-aşkar özlərinin çılpaq olduqlarını başa düşürlər. Dərhal ağacların yarpaqları ilə özlərini örtürlər. Daha sonra Allah onlara dəridən olan libas və geyim bəxş edir.

Qurani Kərim “Əraf” surəsinin 22-ci ayəsində Adəm və Həvvanın dastanını belə açıqlayır:
فَلَمَّا ذَاقَا الشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْآتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِنْ وَرَقِ الْجَنَّةِ
“(Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar.”

Quranın ayələrinin verdiyi əsaslara görə qadağan olunmuş ağacın meyvəsini yeməzdən əvvəl Adəm və Həvvanın əynində libasları var idi; Ancaq eləki bu ağacın meyvsini yedilər (Şeytanın hiylə və vəsvəsəsi üzündən) libaslarını itirdilər. Sonra dərhal özlərini örtmək üçün tədbir gördülər.

Hər halda hər iki nəqlə əsasən (istər Tövratın nəqlinə əsasən ondan qabaq libasları olmayıb və ya Qurani Kərimin buyurduğuna əsasən libasları olub) özlərini çılpaq hiss etdikdə dərhal cənnət ağaclarından birinin yarpaqları ilə özlərini örtdülər. Hətta kənardan müşahidəçilərin iştirakı olmadan çılpaq olmağın
” Hər halda hər iki nəqlə əsasən (istər Tövratın nəqlinə əsasən ondan qabaq libasları olmayıb və ya Qurani Kərimin buyurduğuna əsasən libasları olub) özlərini çılpaq hiss etdikdə dərhal cənnət ağaclarından birinin yarpaqları ilə özlərini örtdülər. Hətta kənardan müşahidəçilərin iştirakı olmadan çılpaq olmağın utanclıq hissi və dərhal özlərini yarpaqlarla (müvəqqəti olsa da) örtmələri, heç bir öyrədənin və ya İlahi əmrin yaxud da vəhy mələyinin sözü olmadan insanlardakı fitri əlamətin nümunəsi idi. Bu, onu göstərir ki, libas və örtünmək tədricən həm də sivilizasiyanın təsiri nəticəsində olmamışdır. Bəlkə ilk insanlar özləri də, bu məsələyə fitri olaraq meyllənmişlər. “
utanclıq hissi və dərhal özlərini yarpaqlarla (müvəqqəti olsa da) örtmələri, heç bir öyrədənin və ya İlahi əmrin yaxud da vəhy mələyinin sözü olmadan insanlardakı fitri əlamətin nümunəsi idi. Bu, onu göstərir ki, libas və örtünmək tədricən həm də sivilizasiyanın təsiri nəticəsində olmamışdır. Bəlkə ilk insanlar özləri də, bu məsələyə fitri olaraq meyllənmişlər.

Tarixi mətnlərə əsasən dünyada olan bir çox dinlərdə və millətlərin əksəriyyətində hicab, qadınlar arasında həmişə mövcud olmuşdur. Baxmayaraq ki, hicab tarix boyu bir çox eniş-yoxuş yolları aşmış, bəzən də hakimlərin istək və baxışı ilə artmış və ya azalmışdır. Ancaq heç vaxt tamamilə aradan getməmişdir.

Əgər dünyanın bütün ölkələrinin milli geyimlərinə diqqət yetirsək, açıq-aşkar qadınların necə hicabda və örtükdə olduqlarının şahidi olarıq. Bütün ölkələrdə milli geyimləri nəzərdən keçirərək hicablı qadınları olan millətləri və qövmləri tapmaq üçün tarixi kitabları vərəqləməyə ehtiyac duyulmur.

Bu onu sübut edir ki, hicab dünyanın əksər millətlərində özünə görə xüsusi yeri vardır. Hətta başqa millətlərə və ya məzhəblərə də xüsusi aidiyyatı olmamışdır. Bütün İlahi dinlər, hicabı və qadının örtünməsini vacib və zəruri saymış, bəşəriyyət üçün əsas hesab etmiş və dinə dəvətdə əsas məqsəd olduğunu bildirmişdir. Çünki, örtünməyin və hicabın zəruriliyi adətən qadınların fitrətində və xüsusiyyətində qoyulmuşdur.

İlahi din və onun hökmləri də insanların fitrətinə uyğun əlaqələndirilmiş və qanunlaşdırılmışdır. Deməli, bütün İlahi dinlər hamısı qadının hicabını və örtünməsini vacib hesab etmişlər. Zərdüştilik, yəhudilik, məsihilik və İslam dinlərində hicab məsələsi qadınlara zəruri hesab olunmuşdur.

Dini müqəddəs kitablar, dini əmr və hökmlər, dini mərasimlər, ilahi olan bu dinlərin ardıcıllarının əməlləri, adət və ənənələri bu iddianı gözəl şəkildə bizə sübut edir. Hicab Zərtüşt şəriətində: “Aşuv Zərtüşt” öz tövsiyə və nəsihətləri ilə həmişə çalışmışlar ki, iran qadınlarının milli mədəniyyəti sayılan hicabın bünövrələrini zahirdə də olsa qoruyub saxlasınlar. Bu yolla hicab qanununun icrasına və gələcəkdə də təmin olunmasına zəmanət verilsin və beləliklə, öz cəmiyyətini gizli mənəvi azğınlıqların hücumundan qoruyaraq siğorta imkanı yarada bilsin.

İstərdik “Aşuv Zərtüşt”ün öz davamçılarına tövsiyə etdiyi nəsihət və məsləhətlərinin bir hissəsini burada nəql edək. Bununla “Aşuv Zərtüşt”ün də məqsədi çox gözəl şəkildə açıqlansın və onun kamillik yolunda hərəkəti, “hicabı qorumaq” uğrunda tədrisi və zahiri hicabın batini iffətlə bir olmasının zəruriliyi aydın olsun. O deyir: “Ey təzə gəlin və bəylər! Sözlərim sizədir. Nəsihətlərimi dinləyin və sözlərimi yaxşı yadda saxlayın. Qeyrətlə, saf və pak həyatınızda özünüzə hakim olun. Sizin hər birinizin yaxşı əməlləri və mehribanlığı gərək digərinə yardım etsin. Bununla müqəddəs ailə həyatı xoşbəxtlik və sevinc içində olsun. Ey kişi və qadınlar! Doğru və düzgün yolu başa düşün və doğru yoldan itaət edin. Heç vaxt yalan və tez keçici olan həyatın aşıdırıcı zövqləri ətrafında dolaşmayın. Çünki, biabırçılıq və günahla birgə olan ləzzət şirinləşdirilmiş öldürücü zəhər kimidir. Bu, özü kimi bir cəhənnəmdir. Belə işlərlə öz həyatınızı korlamayın.” “Yaxşı rahibin mükafatı, o kəsə çatar ki həva, həvəs, xudpəsəndlik və batil xəyalları özündən uzaqlaşdırsın və öz nəfsini məğlub etsin. Bu yolda səhlənkarlıq və qəflət yuxusuna getmək, ağlayıb-sızlamaqdan və təəssüflənməkdən başqa bir şey deyildir. Aldanıb pis əməllərə əl atanlar, bədbəxtliyə düçar və yox olacaqlar. Onların taleyi ağlayaraq nalə və fəryad çəkib inildəməkdir; Lakin mənim nəsihət və sözlərimə qulaq asan kişi və qadınların həyatı əminəmanlıq, sevinc və səmərəli olacaq, bütün çətinliklər və əzablar onlardan uzaq, əbədi yaxşı adlara qovuşacaqdır.”(Yəsna, s.-53, 5-8-ci nəsihətlər, İranın Zərtüşt peyğəmbərinin təlim və tədrisi, Rüstəm Şəhrzadi, Zərtüştilik Assosiasiyası, Noyabr ayı, 76 h/ş ili.)

ardı var …

Mühəqqiq: Səid Əsgəri
Mütərcim : Əli Həsənzadə
İSLAMTİMES

http://www.islamtimes.org


more post like this