Anamiz Hezrəti-Zəhradan əmanətdir hicab

İki dünyada hicab əhlinə ziynətdir hicab

Hicab hər möminənin ismətidir iffətidir
Adıdı namusudu mənliyidi qeyrətidi
Izzidi şənidi ülviyyətidi şövkətidi
Elə fərz elə xanım güldü təravətdi hicab

Saxlayin məndən əmanət dedi Zəhra hicabı
Kərbəlada qorudu Zeynəbi-Kubra hicabı
Indi isə qalıb əllərdə Rüqəyya hicabi
Ya şərafətsiz ömürdü ya şəhadətdir hicab

Zalima Allaha bax Tanrıya bax irşad ol
Əmri-xəllada itaətdə bulun münqad ol
Ey deyən kəs qızına taxma hicab azad ol
Sən biqeyrət nə bilirsən nə qeyrətdir hicab

Istəsən Tanrı yanında olasan şəni əziz
Pərdəyi isməti cəht eyləyəsən saxla təmiz
Ta bu əxlaq ilə ol Həzrəti-Zəhraya kəniz
Onnan al dərsi heyatda gör nə şəvavətdir hicab

Keçdi Zeynəb o zaman yeddi igid qardaşdan
Gəldi feryadi nəva səsləri dağdan daşdan
Yenədə atmadı əmmaki hicabın başdan
Ey bacım bax yola gəl rahi-hidayətdir hicab

Olma yirtilmiş həya pərdəsi şeytan nökəri
Keç həya məktəbin ol bəxtəvərin bəxtəvəri
Çün hicab əhlinin üstündədir həqqin nəzəri
Həm bu dünyada həm üqbadə şərafətdir hicab
http://www.muselman.ws/


more post like this