İslam dininin üsulid-dinlərindən biri də məaddır. Bu mövzunun əhəmiyyəti o qədər böyükdür ki, çox az alim tapılar ki, onun haqqında heç danışmasın. Məadşünaslar bu haqda çox sayda nəzəriyyələr irəli sürmüşdülər. Bu bəhsdə heyvanların məadına da işarə edilmişdir.

 

Heyvanların da Qiyamət günü həşr olacaqlarına dair Quran ayələri mövcuddur. “Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar”. (“Ənam” 38).

 

“Bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm yerlərindən çıxacaqları) zaman”. (“Təkvir” 5).

 

Ayətullah Muhəmmədhüseyn Təbatəbai, Əllamə Muhəmmədhüseyn Tehrani, Ayətullah Məkarim Şirazi heyvanların da məadı olduğunu qəbul edən alimlərdəndir. Onun isbatı üçün dəlillər də gətirmişdilər. “Əl-mizan” təfsir kitabında yazılıb ki, heyvanlar da insanlar kimi Qiyamət günü məhşur olacaqlar. Onların məhşəri də insanlarınkına bənzəyəcəkdir. Əməlləri hazır olacaq və onlara da savab və əzab veriləcəkdir.

 

Hədislərə nəzər salanda da bu haqda çox sayda hədisə rast gəlmək olur. Əbazərdən nəql edilir ki, buyurub: “Biz Peyğəmbərin (s) xidmətində idik. Bizim qarşımızda iki keçi buynuz toqquşdururdu. Peyğəmbər (s) buyurdu: “Bilirsiniz, bunlar niyə buynuz toqquşdururlar?”. Orada olanlar dedilər: “Xeyr”. Həzrət Peyğəmbər (s) buyurdu: “Ancaq Allah bilir niyə. Tezliklə onların arasında hakimlik edəcəkdir””.

 

Bu deyilənlərdən belə nəticə çıxartmaq olar ki, heyvanların da məadı vardır və onlar da Qiyamət günü məhşərə çəkiləcək və onlara da savab və əzab veriləcəkdir. \TEBYAN\

 

 

 

 

http://sualcavab.ge

 

 

 


more post like this