Məsələ 2230: Bə’zi rəvayətlərə əsasən, heyvan kəsəndə bir neçə şey müstəhəbdir:
1-Qoyunun başını kəsən zaman əl-ayağını açıq saxlamalı, inəyin əl-ayağını bağlamalı, dəvəni öldürdükdə iki əlini aşağıdan və yaxud qoltuğunun altından bir-birinə bağlamalı, ayaqlarını isə açıq saxlamalı və toyuğun başını kəsdikdən sonra qol-qanad vurması üçün azad buraxmalıdırlar;
2-Heyvanı öldürən şəxs üzü qibləyə tərəf olsun;
3-Heyvanı kəsməzdən öncə qabağına su qoymalıdırlar;
4-Heyvanın əziyyət çəkməməsinə çalışmalıdırlar, məsələn, sür’ətlə başını kəsməlidirlər.
Məsələ 2231: Müstəhəb ehtiyata əsasən, ruhu çıxmazdan öncə başını bədənindən ayırmasınlar. Bu baxımdan, heyvanları kəsmək üçün başını tamamilə ayıran cihaz hazırlasalar, haram olmur, baxmayaraq ki, başı tamamilə ayırmasa, yaxşıdır. Hər bir halda, cihazla kəsildikdə bütün şərtlərə riayət edilməlidir. Həmçinin, müstəhəb ehtiyata əsasən, heyvanın onurğa sümüyündə olan haram (onurğa) beynini can verməzdən öncə kəsməsinlər və heyvanın dərisini ayrımasınlar.
Məsələ 2232: Bə’zi rəvayətlərə əsasən, heyvanın başını kəsməkdə bir neçə şey məkruhdur:
1-Bıçağı heyvanın hülqumunun arxasına basıb qabağa tərəf gətirirlər ki, hülqum arxadan kəsilsin;
2-Heyvanı başqa heyvan gördüyü yerdə kəsmək;
3-Gecə vaxtı və yaxud cümə zöhründən qabaq heyvanın başını kəsmək, lakin ehtiyac duyulduğu halda eybi yoxdur;
4-İnsanın öz əli ilə bəslədiyi heyvanı kəsməsi.
Məsələ 2233: Günümüzdə heyvanların başını kəsməyin asan olması, hissiz olub, rahatcasına və yaxud cihaz vasitəsi ilə başlarını kəsmək üçün bə’zən onlara şok verirlər. Bu iş, şokdan sonra heyvan diri qalacağı halda iradsızdır.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this