573. Dözümlülük

1739. Allahın Peyğəmbəri (s) :«Dözümlü insan peyğəmbərliyə yaxındır.»[1]

1740. İmam Əli (ə):«Dözümlülük ağlın kamilliyidir.»[2]

1741. İmam Əli (ə):«Dözümlülük möminin işinin nizama düşməsinin səbəbidir.»[3]

1742. İmam Əli (ə):«Kişinin gözəlliyi onun dözümlülüyü ilə ölçülür.»[4]

1743. İmam Əli (ə):«Əgər dözümlü deyilsənsə də, özünü dözümlü kimi göstər. Çünki özünü başqa insanlara bənzədib, sonunda onlardan birinə çevrilməyən çox az adam tapılar.»[5]

1744. İmam Əli (ə):«Dözümlü o kəsdir ki, öz qardaşlarına qarşı dözümlü olsun.»[6]

1745. İmam Rza (ə):«İnsan dözümlü olmayınca, abid olmaz.»[7]

 

574. Dözüm gətirən şeylər

1746. İmam Əli (ə):«Ağlın artması ilə dözümlülük də artar.»[8]

1747. İmam Əli (ə):«Sənə dözümlü olmağı  tövsiyə edirəm, çünki o, elmin səmərəsidir.»[9]

1748. İmam Əli (ə):«Dözümlülüklə vüqar yüksək əzm və iradədən doğulmuş iki əkizdir.»[10]

 

575.Dözümlülüyün səmərələri

1749. İmam Əli (ə) :«Dözümlü olan, ağalıq edər.»[11]

1750. İmam Əli(ə):«Düşməninə qarşı dözüm göstərən, ona qalib gələr»[12]

1751. İmam Əli (ə) :«Dözümlü şəxsin bu xasiyyətindən götürdüyü ilk bəhrə, nadanın müqabilində xalqın onun köməyinə gəlməsidir.»[13]

1752. İmam Əli (ə):«Qəzəbin şiddətli vaxtında dözüm göstərmək, insanı Allahın qəzəbindən amanda saxlar.»[14]

1753. İmam Sadiq (ə) :«Köməklik üçün dözümlülük kifayət edər.»[15]

 

576. Dözümlülüyün izahı

1754. İmam Həsən (ə) (dözümlülüyün mənası haqda sualın cavabında): «Dözümlülük qəzəbi boğmaq və nəfsi saxlamaqdır.»[16]

 

577. Qəzəbli olanda dözümlülük

1755. Loğman (ə) :«Dözümlü şəxs qəzəbli vaxtından qeyri bir halda tanınmaz.»[17]

1756. İmam Əli (ə) – ən dözümlü şəxs barədə sualın cavabındaQəzəblənməyən kimsədir.»[18]

1757. İmam Səccad (ə) :«Mənim o insandan xoşum gəlir ki, qəzəbləndiyi vaxtı səbr onu haqlasın.»[19]

Mizanul-hikmətin xülasəsi 1-ci cild



[1] Biharul-Ənvar, c.43, səh.70, hədis 61

[2] Ğürərul-Hikəm, hədis 1055

[3] Ğürərul-Hikəm, hədis 1055

[4] Ğürərul-Hikəm, hədis 1055

[5] Nəhcül-Bəlağə, hikmət 207

[6] Ğurərul-Hikəm, hədis 1111

[7] əl-Kafi, c.2, səh.111

[8] Ğurərul-Hikəm, hədis 4274

[9] Ğurərul-Hikəm, hədis 6084

[10] Nəhcül-Bəlağə, hikmət 460

[11] Biharul-Ənvar, c.77, səh.208,  hədis 1

[12] Kənzul-Fəvaid,  c.1, səh.319

[13] Məani-Əxbar, səh.319,  hədis 896

[14] Ğurərul-Hikəm, hədis 1776

[15] əl-Kafi, c.2, səh.112, hədis 6

[16] Biharul-Ənvar, c78, səh.102

[17] Biharul-Ənvar, c.78, səh.102

[18] Əmali-Səduq, səh.322, hədis 4

[19] əl-Kafi, c.2,  səh.112,  hədis 3


more post like this