Cavab: Peyğəmbər (s.ə.v.v)-in ömrünün son anları yaxınlaşdıqda özünün neçə illik yorulmaz əməyinin səmərəsini itirməmək üçün fikirləşdiyi tədbiri yerinə yetirmək qərarına gəldi. Lakin çox təəssüflər olsun ki, vəziyyəti anbaan nəzarət altında saxlayan və münasib fürsətdə öz məkrli planlarını həyata keçirmək əzmində olanlar burada da Peyğəmbərin camaata yazılı şəkildə bir sənəd çatdırıb onları hidayət etməsinə imkan vermədilər. Ömər ibni Xəttabın özü belə deyir: “Biz Peyğəmbərin yanında idik, onun zövcələri isə pərdənin arxasında oturmuşdular. Bu zaman Peyğəmbər buyurdu: “Məni yeddi məşk su ilə yuyun. Heç vaxt yolunuzu azmamağınız üçün yazacağım sözlər üçün kağız və qələm gətirin.” Qadınlar: “Peyğəmbərin istədiklərini gətirin”-dedilər.[4522]

Mən (Ömər) dedim: “Sakit olun! Siz Peyğəmbər xəstələnən kimi ağlayır və sağalan kimi onun yaxasından yapışıb, nəfəqə istəyirsiniz.”

Peyğəmbər buyurdu: “Bu qadınlar sizdən çox-çox yaxşıdırlar!”[4523]

Başqa bir rəvayətdə İbni Abbas belə deyir: Peyğəmbər, onun vəfatı ilə nəticələnən sonuncu xəstəliyi zamanı buyurdu: “Heç vaxt yolunuzu azmayasınız deyə, kağız və qələm gəti-rin, bəzi şeyləri yazım.”

Ömər dedi: “Bəs Rumun şəhərlərini fəth etmək üçün kim qalacaq?! Peyğəmbər bu şəhərləri fəth etməmiş vəfat etməyəcək. Və əgər vəfat etsə, Bəni İsrailin Musanı gözlə-dikləri kimi, biz də onu gözləyəcəyik.”

Peyğəmbərin zövcəsi Zeynəb binti Cəhiş dedi: “Görmürsünüz ki, Peyğəmbər sizə vəsiyyət etmək istəyir?!”

Elə bu sözdən sonra onlar aranı qatdılar. Bunu görən Peyğəmbər “Qalxın ayağa!” – dedi.[4524]

“Səhihi-Buxari” və başqa sünnü kitabla-rında nəql edirlər ki, İbni Abbas deyir: “Cümə axşamı ox! O, necə də ağır gün oldu!! (bunu deyib o qədər ağladı ki, gözünün yaşı yerdəki xırda daşları islatdı. Sonra dedi:) “Peyğəmbər (s.ə.v.v) ömrünün son anlarında buyurdu: “Mənə kağız gətirin, sizin üçün bir neçə şey yazım ki, məndən sonra heç vaxt yolunuzu azmayasınız.” Orada olanların arasında qalmaqal başladı. Halbuki, heç bir peyğəmbərin qarşısında mübahisə edib dava-dalaş salmaq rəva deyildir. Orada olanların bir dəstəsi dedi: “Peyğəmbər sayaqlayır və nə dediyini bilmir!” Peyğəmbər (s.ə.v.v) dedi: “Məni tək buraxın! Öz halətim siz dediyinizdən daha yaxşıdır!”[4525]

Bir neçə rəvayətdə bu sözü deyən şəxsin Ömər ibni Xəttab olduğu nəql olunubdur.[4526] Bu rəvayətin necə təhlil olunmasından asılı olmayaraq orada Ömər ibni Xəttabdan başqa heç kəsin adı çəkilməyib. Yalnız o bu təhqiramiz sözləri demiş, Peyğəmbərə vəsiyyətnaməni yazmağa imkan verməmişdir.

[4522]  “Təbəqat” (İbni Səd) 2-ci cild, səh.37; “Kənzül-ümmal”, 3-cü cild, səh.138, 4-cü cild, səh.52; “Məcməüz-zəvaid”, səh.33-97

[4523]  “Məcməüz-zəvaid”, 9-cu cild, səh.33

[4524]  “Təbəqat” (İbni Səd), 2-ci cild, səh.244

[4525]  “Səhihi-Buxari”, 4-cü cild, səh.120-121 (9 cildli çap)

[4526]  “Səhihi-Buxari”, 1-ci cild, səh.39; 4-cü cild, səh.120-121 6-cı cild, səh.11-12; “Səhihi-Müslüm”, Vəsiyyət bəhsi.

NUR-AZ.COM


more post like this