Məsələ 1752: Aşağıdakı hallarda müamilə batildir:
1-Vacib ehtiyata əsasən, murdarın özünü, yəni, zatən murdar olan şeylərin (sidik və qan kimi) alqı-satqısı; Bu baxımdan, murdar peyinlərin alqı-satqısının eybi yoxdur. Lakin, onlardan istifadə etmək maneəsizdir. Amma zamanımızda yaralıların, xəstələrin xilası üçün istifadə edilən qanın, həmçinin, keşikçi və ov itlərinin alqı-satqısı caizdir; 2- Qəsb edilmiş malın alqı-satqısı; Sahibi müamiləyə icazə versə istisnadır; 3-Adi mənfəətləri haram olan -musiqi və qumar alətləri kimi- şeylərin alqı-satqısı; 4- Bə’ziləri üçün dəyərli olmasına baxmayaraq, camaat arasında mal hesab olunmayan – əksər həşaratlar kimi – dəyərsiz şeylərin alqı-satqısı; 5- Sələmli müamilələr; 6- Alıcı keyfiyyətindən xəbərsiz olan əsil olmayan malı –su qatılmış süd, piy və ya başqa şey qatılmış yağ- satmaq. Bu işə “Ğəşş” deyilir və böyük günahlardan biri sayılır. Peyğəmbəri-əkrəmdən (s) belə nəql edilir: “Müsəlmanla müamilədə ğeşş edən, onlara zərər yetirən, saxtakarlıq və hiylə edən şəxs bizdən deyil. Allah müsəlman qardaşı ilə ğəşş edənin ruzisindən bərəkəti aparar, qazanc yolunu bağlayar və onu öz başına buraxar.”; 7- Bədən üzvlərinin- böyrək və s. alqı-satqısı. Lakin, ehtiyata əsasən, bədən üzvünü özünə deyil, üzvü verən şəxsin bədən üzvünün götürülməsinə verdiyi icazə müqabilində pul ala bilər. Bu işin özü bədən sahibi üçün heç bir təhlükə yaratmadığı halda caizdir; 8- Yararsız yerlər əlamət vurmaqla kiminsə mülkünə çevrilmir və onun alqı-satqısı caiz deyil. Əksinə, onu canlandırmalı- əkib-becərmək üçün hazır etməlidir.
Məsələ 1753: Sonradan murdarlanmış, amma suya çəkilməsi mümkün olan pak bir şeyin- meyvə, parça, xalça kimi – murdar halda satılmasının eybi yoxdur. Lakin müştəri ondan yemək və ya paklıq şərt olan yerlərdə istifadə etmək üçün almaq istəsə, gərək ona (sözü keçən şeylərin murdar olması) deyilsin.
Məsələ 1754: Əgər suya çəkilməsi mümkün olmayan (yağ kimi) pak bir şey murdarlansa və yalnız yemək üçün istifadə edilsə, satılması batil və haramdır. Əgər pak olması şərt olmayan başqa yerlərdə istifadə etmək mümkündürsə (murdarlanmış neft kimi), müamiləsi düzgündür.
Məsələ 1755: Qeyri-islami ölkələrdən gətirilən qida və yaxud dərman kimi mə’mulatların murdar olması qəti olmadıqda, müamilələrinin eybi yoxdur. Məsələn, süd, pendir və yağın tam avtomatlaşdırılmış texniki üsulla istehsal edilməsinin ehtimal olunması.
Məsələ 1756: Qeyri-islami ölkələrdən gətirilən və yaxud kafirlərdən alınan ətlərin alqı-satqısı batildir. Lakin, onların şəriət göstərişi və yaxud müsəlman nəzarəti altında kəsilməsini (zibh edilməsini) bilsə, eybi yoxdur.
Məsələ 1757: Müsəlman bazarından və ya müsəlman əlindən alınan ətlərin alqı-satqısının eybi yoxdur. Lakin kafir ölkələrindən və ya kafirdən alan müsəlmanın heyvanının şəriət göstərişi ilə zibh edilib-edilməməsini araşdırmadığını bilsə, onun alqı-satqısı batil və haramdır. Əgər zahirdə dinə bağlı olan, araşdırdığı ehtimal olunan bir müsəlmandan alsa, müamiləsi düzgündür. Amma kafir ölkələrindən gətirilən dəriləri almaq icazəli və pakdır, hərçənd, onunla namaz qılmaq olmaz.
Məsələ 1758: Bütün növlərdən olan məstedicilərin alqı-satqısı haram və batildir.
Məsələ 1759: Qəsb edilmiş malın alqı-satqısı da haram və batildir və gərək satıcı pulu alıcıya qaytarsın. Lakin, alıcının qəsb edilmiş malı sahibindən başqasına vermək haqqı yoxdur. Əgər sahibini tanımırsa, şəriət hakiminin göstərişinə əməl etməlidir.
Məsələ 1760: Əgər alıcının qəsdi əvvəlcədən malın pulunu verməmək və yaxud haram pul vermək olsa, müamilənin iradı var. Əvvəlcədən qəsdi bu olmasa, lakin sonradan haram pul versə, müamilə düzgündür. Lakin verdiyi haram pul kafi deyil, yenidən halal pul verməlidir.
Məsələ 1761: Tar, saz və hatta kiçik saz kimi eyş-işrət alətlərinin alqı-satqısı haramdır. Əgər müştərk alət və ya oyuncaq olsa və yaxud eyş-işrət aləti sayılmasa, istisnadır.
Məsələ 1762: Halal məqsədlərlə istifadə olunan, əhəmiyyətli və şəriət baxımından heç bir iradı olmayan radio, televizor və s. cihazların alqı-satqısı caizdir. Lakin, istifadəsi halal olan bir şeyi yalnız haram işlərdə məsrəf edən (məsələn, üzümü şərab zavoduna satmaq) şəxsə satsa, müamiləsi haramdır.
Məsələ 1763: Heykəl düzəltməyin və (onun) alqı-satqısının eybi var. Lakin, üzərində heykəl şəkli və ya qabarıq rəsmlər olan sabunların alqı-satqısının eybi yoxdur.
Məsələ 1764: Qumar, oğurluq və batil müamilələrdən ələ gələn şeylərin alqı-satqqısı haram və batildir. Onlardan istifadə etmək caiz deyil. Onu alan şəxs əsil sahibinə qaytarmalıdır. Əgər sahibini tanımırsa, şəriət hakiminin göstərişinə əməl etməlidir.
Məsələ 1765: Əsil olmayan, məsələn, parafin və yaxud başqa malla qarışdırdığı yağı müəəyyən edib satsa, məsələn, bu yağı satıram, desə, müştəri başa düşdüyü vaxtda mümailəni poza (fəsx edə) bilər. Lakin onu müəyyən etməsə, filan miqdar yağı satıram, desə, lakin, satan vaxt əsil olmayan mal versə, müştəri onu geri qaytarıb, əsil cins ala bilər.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this