Quranda və İmamların (ə) kəlamlarında başqalarının malından qadağan olunmuş vəziyytədə istifadə etmək, yəni malı icazəsiz yemək ifadəsilə qeyd olunub. Bu cümləni camaat başqasının malını icazəsiz istifadə edən şəxs barədə işlədirlər. Belə bir şəxsi haqq yeyən və haramxorda adlandırırlar. Başqalarının malını icazəsiz yeməmək hamının nəzərində fitri və aşkar bir əmrdir. İlahi ayələr haramxorun müxtəlif pisliklərin işarə edib buyurur:
Ey iman gətirənlər, qarşılıqlı razılıq əsasında olan ticarət istisna olmaqla öz aranızda bir-birinizin mallarını haqsız yerə (şəriət və qanuna zidd yollarla) yeməyin. İntihar etməyin, bir-birinizi öldürməyin və özünüzü günah təhlükəsinə atmayın. Həqiqətən Allah sizə qarşı həmişə mehribandır. (Nisa -29)
Mallarınızı öz aranızda haqsız yerə yeməyin və camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün (əməlininzin haram olmasını) bilə-bilə onu (rüşvət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin. (Bəqərə -188)
Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və eləcə də (heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir. Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. Beləliklə əgər kimsə qəhətlik və şiddətli aclıq halında günaha meyli olmadan (həmin haram şeylərin bəzilərindən yeməyə) məcbur olsa, Allah çox bağışlayan və mehribandır. (Maidə -3)
Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdir (onlar öz alimlərindən yalan qəbul edirlər və alimləri camaatdan rüşvət alırlar). Buna görə də əgər sənin yanına gəlsələr, istəsən onların arasında hökm et, yaxud onlardan üz döndər. Əgər üz döndərsən, sənə əsla bir ziyan vura bilməzlər. Əgər hökm etsən, aralarında haqq-ədalətlə hökm et, çünki Allah ədalətliləri sevir. (Maidə -42)
Allahın Peyğəmbəri (s):«Haram yeyərək ibadət etmək qu¬mun və ya başqa sözlə desək, suyun üzərində bina tikməyə bənzəyir.»
Allahın peyğəmbəri (s):«Bir tikə haramdan imtina etmək Allaha iki min rirət müstəhəbb namaz qılmaqdan daha xoş gəlir.»
İmam Baqir (ə):«İnsan haram mal əldə edərsə, nə onun həcci, nə ümrəsi, nə də sileyi-rəhmi qəbul olunmaz, hətta onun evlənməyinə və ailə həyatına da pis təsir göstərər.»
İmam Sadiq (ə) «etdikləri əməlləri araşdıracağıq və hamısını toz zərrələri kimi küləyə sovuracağıq» ayəsi haqda buyurur:«Allaha and olsun, onların əməlləri Misir kətanından ağ olsa da, haramla üz-üzə gələndə ondan imtina etməzdilər.»
Allah-Təala bu ayələrlə bu hədislərlə bizlərə ürəyə yatımlı və gözəl şəkildə bəyan edir ki, hər bir halda başqalarının sərvətindən və malından razılıqları olmadan istifadə etmək qadağan olunmuşdur və çox Çətin cəzasıda mövcuddur. Başqalarını alverdə aldatmaq, günah vasitələrini alıb-satmaq hamısı haram mal silsiləsində və haram tikədə qərarlaşmışdır. Həmçinin insannın fitrətinə, əxlaqına və gələcək həyatına və nəslinə təsir qoyacaq bir işlərdən olduğunu göstərir.
Allah bizi halalzadələrdən qərar versin inşallah. Amin!

http://sualcavab.ge/


more post like this