Quran cəmiyətinin ən üstün sifəti əməkdaşlıq və yardımdır. O zaman ki, cəmiyyət müxtəlif çətinliklərlə üzləşər: maddi, mənəvi, ictimai və fərdi kimi bu zaman müsəlmanlar gərək bir-birinin yardımına tələssinlər. Bir-birinə yardım edərək cəmiyyətin ehtiyaclarını təmin edib, çətinliklərini həll etsinlər. “Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır”. (“Maidə” 2).

Quranın nəzərinə görə üç mövzuda əməkdaşlıq və yardım lazımdır:

1. İman.

Yəni, o cəmiyət ki, Quran imanı var, Allahın tək olduğunu qəbul edirlər, bir-birinə görə məsuliyyət hiss etməlidirlər. Cəmiyyətin ehtiyaclıları qarşısında etinasızlıq etməməlidirlər.

2. Cəmiyyətdə qardaşlığın hakim olması.

Qardaş öz qardaşına laqeyd olmadığı kimi, bir müsəlman da din qardaşına qarşı laqeyd olmamalıdır.

3. Təqvada.

“Təqvada bir-birinizə kömək edin”. (“Maidə” 2). Əməkdaşlıq və yardım, İlahi vacibatlarla bir sırada qoyulmuş əməllərdəndir.

Quran buyurur: “Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq, Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir.)”. (“Bəqərə” 177).

 

Allah Təala yaxşı əməl sahiblərinin sifətləri və yaxşılıq etməyin axirətdəki uca məqamı haqqında buyurur: “Şübhəsiz, yaxşı əməl sahibləri (o aləmdə sərin və xoş ətirli) kafur qatılmış camdan içəcəklər. (Orada) elə bir bulaq (vardır) ki, Allah bəndələri ondan içəcək və onu hər hansı bir tərzdə istəsələr, axıdacaqlar. Onlar öz nəzirlərinə əməl edər, şəri və əzabı olduqca geniş olan bir gündən qorxarlar. Və onlar yeməklərini, özləri(nin ehtiyacı olub çox) istədikləri halda Allaha olan məhəbbət üzündən fəqirə, yetimə və əsirə verərlər. (9) (Onlar həm dildə, həm də qəlbdə deyərlər:) «Biz sizə Allah rizası üçün yemək veririk. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik». «Həqiqətən, Biz öz Rəbbimizdən, çox sərt, olduqca çətin, dəhşətli (və üzlərin tutulub qaralacağı) gündən qorxuruq». Allah onları o günün şərindən saxladı və onları şadlıq və sevinclə üzləşdirəcəkdir. Və onları etdikləri səbir müqabilində (üstün bir) Cənnətlə və (zərif) ipəklə mükafatlandıracaqdır”. (“İnsan” 5-12).

Təfsirçilərin nəzərinə görə, bu ayə İmam Əli (ə), Həzrət Fatimə (s.ə), İmam Həsən (ə) və İmam Hüseyn (ə) haqqında nazil olmuşdur. (Tebyan)

http://sualcavab.ge/

 

 

 

 


more post like this