Teyyul- ərz” termini “bir anda dünyanın hər yerinə getmək” mənasındadır. O, adi insanların qüdrətindən xaric olan bir əməldir. İnsan bu məqama yetişmək üçün gərək təbiətin bəzi silsiləvi qanunlarını keçsin və onu öz qüdrətinin müstəmləkəsi etsin. Bunun ümdə şərti insanın nəfsin mərifətini əldə etməsidir. Yəni insan şəri və düzgün yollarla İlahi sifətlərin təcəllası olmalıdır. Bu məqama yetişməyin ümdə yolu nəfsin saflaşdırılması və onu hər növ çirkinlikdən qorumaqdır.
“Qərb nəvafil” hədisinə əsasən insan elə bir məqama yetişə bilər ki, “İlahinin gözü, qulağı və dili” ola bilər. Yəni onun bütün işlərində İlahi təcəllanın zühurunu görmək olar. Əlbəttə suluk yolunda Əhli- beytin (ə) göstərişlərindən və bu yolu getmiş ustadın əmirlərindən xaric olmaq olmaz. Şair bu barədə deyir. (məzmun).
Bu mərhələni ustadsız getməkdən çəkin. Çünki bu yolda qaranlıqlar və xətərlər var.NUR-AZ.COM


more post like this