islamic mənbələri

    1. home

    2. article

    3. HANSI INSANLARA CƏHƏNNƏM ODU YAXIN DÜŞMƏYƏCƏK?

    HANSI INSANLARA CƏHƏNNƏM ODU YAXIN DÜŞMƏYƏCƏK?

    HANSI INSANLARA CƏHƏNNƏM ODU YAXIN DÜŞMƏYƏCƏK?
    Rate this post

     

     

     

    O kəslər ki, hesab vermədən behiştə daxil olarlar, cəhənnəm atəşi onlara haram olar. Ancaq hədislər bəzi insanların adını çəkmişdir ki, onlar cəhənnəm atəşindən xilas olmuşlardır. Onlardan bir neçəsinə işarə edək:

    1. Allah qorxusundan ağlayan gözlər.

    İmam Sadiq (ə) buyurur: “Qiyamət günü bütün gözlər ağlayar, Allah qorxusundan ağlayan gözlərdən başqa. Elə bir göz yoxdur ki, Allah Təalanın qorxusundan göz yaşı töksün və Allah onun bütün bədənini cəhənnəm atəşinə haram etməsin”.

    2. O kəslər ki, öz qəzəblərinə nəzarət edərlər.

    İmam Sadiq (ə) buyurur: “Hər kim qəzəb, rəğbət, qorxu, şəhvət zamanı özünü saxlayar, Allah onun bədənini cəhənnəm atəşinə haram edər”.

    3. O kəslər ki, Əhli-beyti (ə) yada salan zaman ağlayarlar.

    İmam Sadiq (ə) buyurur: “O kəs ki, bizi onun yanında yada salar və gözündən yaş axarsa, Allah Təala üzünü cəhənnəm atəşinə haram edər”.

    4. Rüku və səcdə edənlər.

    Həzrət Peyğəmbər (s) buyurur: “Namazı qıl, günəşin zavalından axşamın əvvəlinin qırmızılığına qədər. Bu, elə bir saatdır ki, o günü Qiyamətə gətirərlər və bu saatlarda səcdə, rüku, namaz tofiqi olan möminin bədənini Allah cəhənnəm atəşinə haram edər”.

    5. O kəs ki, Rəcəb ayının 7 gününü oruc tutar.

    “Hər kim Rəcəb ayının 7 gününü oruc tutar, Allah hər gün orucunun qarşısında cəhənnəmin yeddi qapısını üzünə bağlayar və bədənini cəhənnəm atəşinə haram edər”.

    6. Əmmar Yasir. Hədisdə gəlir ki, Peyğəmbərimizin (s) və İmam Əlinin (ə) sadiq silahdaşı olan Əmmar Yasirə cəhənnəm odu yaxın düşməyəcək: “Əmmarın əti və qanı atəşə haramdır”. Musalmanlar da bu insanlarin hayatina baxmaqal onlar kimi mujdalanmayi bacara bilarlar. Əlbəttə də ki, bu hədislərdə söylənənlər o kəslərə aiddir ki, İlahi rəhmətə şamildirlər. Onlar şeytanın tələsinə düşmür və nəfslərini islah edirlər. İnsanların haqqına təcavüz etmir və İlahi əhkama və vacibatlara əməl edirlər. Deyerler.org

    http://sualcavab.ge