573. Hamam

1772. İmam Əli (ə):«Hamam nə gözəl saraydır:  (Cəhənnəmdəki) Odu yada salar və çirki (bədəndən) aparar.»[1]

1773. İmam Səccad (ə) :«Üç şey insanı kökəldər, üç şey isə arıqladar. Kökəldən üç şey bunlardır:  hamama çox getmək, xoş ətir iyləmək və yumşaq paltar geymək. Arıqladan üç şeysə budur:  çox yumurta, balıq və yetişməmiş xurma yemək.»[2]

1774. İmam Sadiq (ə):«Üç şey bədəni korlayar və çox öldürücü təsir göstərər:«Axşamdan qalmış bozbaşı yemək, tox qarına hamama getmək və yaşlı qadınlarla cinsi əlaqədə olmaq.»[3]

1775. İmam Sadiq (ə) :«Mə‘dəndə az bir şey olanda hamama get ki, hərarət onu aşağı yatırsın. Bu sənin bədəninin qüvvətlənməsi üçün daha yaxşıdır. Tox qarına da hamama getmə.»[4]

1776. İmam Kazim (ə):«Bir gündən bir hamama getmək insanı kökəldər. Hər gün hamama getmək isə böyrəklərin yağını əridər.»[5]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1]Mən la yəhzuru-Fəqih, c.1, səh.115, hədis 237

[2] əl-Xilas, səh.155, hədis194

[3] Biharul-Ənvar, c.76,  səh.75, hədis19

[4] Biharul-Ənvar, c.76,  səh.75

[5] Məkarimul-Əxlaq, c.1, səh.125, hədis 298


more post like this