570. Halal

Quran:

«Səndən hansı şeylərin halal olduğunu soruşurlar. De ki, sizə pak şeylər halal olunmuşdur.»[1]

«Ey insanlar! Yer üzündə halal və pak olan şeylərdən yeyin və şeytanın ardınca getməyin. O, sizin açıq-aşkar düşməninizdir.»[2]

Hədis

1736. İmam Əli (ə):«Sənə halaldan istifadə etməyi, ailənə yaxşılıq etməyi və bütün hallarda Allahı yad etməyi tövsiyə edirəm.»[3]

 

571. Halal malı əldə etməyin çətinliyi

1737. İmam Sadiq (ə):«Qılınc vurmaq halal mal əldə etməkdən asandır.»[4]

 

572. Möminin öz razılığı olmadan onun malından istifadə etmək halal deyil

1738. Allahın Peyğəmbəri (s) :«Heç kəsə, qardaşının razılığı olmadan onun malından heç nə halal deyil.»[5]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 

 



[1] Maidə, ayə 4

[2] Bəqərə, ayə 168

[3] Ğürərul-Hikəm,  hədis 6131

[4] Üsulu-Kafi, c.5, səh.161,   hədis 1

[5] Kənzul-Ummal,  hədis 30345


more post like this