Məsələ 2256: Ev inəyinin, qoyununun, dəvəsinin və habelə çöl inəyinin, qoyununun, keçisinin, eşşəyinin, ceyranının ətini yemək halal, atın, qatırın və ulağın ətini yemək məkruh, ümumilikdə yırtıcı heyvanların və həmçinin fil, dovşan və həşaratların əti haramdır.
Məsələ 2257: Caynaqlı quşların, göydə uçarkən qanad çalmayan və yaxud qanad çalmaları süzmələrindən az olan quşların əti haramdır. Lakin qanad çalan quşların, yaxud qanad çalmaları süzmələrindən çox olan quşların, məsələn, göyrçin növləri, kəklik, qırqovul ətləri halaldır. Şanapipik quşunun əti isə məkruhdur.
Məsələ 2258: Əgər diri heyvanın bir hissəsini ayırsalar, quyruğu və əti olmasından asılı olmayaraq, onu yemək haramdır.
Əti halal olan heyvanların haram üzvləri
Məsələ 2259: Əti halal olan heyvanlarda (vacib ehtiyata əsasən, onların bə’zilərində) on dörd şey haramdır:
1-Qan; 2- Toxumluq; 3- Dişi heyvanın cinsi orqanı; 4-Uşaqlıq; 5- Vəzi; 6- Ağ ət; 7- Başın beyin nahiyəsində noxud formasında olan kiçik toxum; 8- Fəqərə sütunu arasında olan haram ilik; 9- Boyunun iki tərəfində yerləşən və fəqərə sütununa qədər uzanan damar; 10- Öd kisəsi; 11- Dalaq; 12- Sidik kisəsi; 13- Göz bəbəyi; 14- Böyük heyvanların dırnağı arasında olan hissə. Ərəblər buna “Zatul-şac’” deyir. Amma sərçə kimi kiçik heyvanalarda bunu ayırd etmək və yaxud ayırmaq mümkün olmadığı üçün yeyilməsinin iradı yoxdur.

həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 

 


more post like this