Haci Arif Buzovnalıdan gözəl bir qəzəl
Dini şerlər ve ilahi sözlər13-02-2012, 13:24
Ey olan layiqli şahənşah qiyamət taxtına,
Ey kəmaliylə verən zinət imamət taxtına.

Sən ürəklər tacidarı, sən könüllər şahısan,
Hər üzü Yusif oturmaz bu məlahət taxtına.

Hansı sultan ki qul olmaqla sənə fəxr eylədi,
Ta əbəd lütfünlə bəxş oldu səadət taxtına.

Heyf ki səndən sora hər kim ki gəldi şahlığa,
Satdı vicdanın yetişməkçün vilayət taxtına.

Qeyrə xalqın mənliyin xırd eyləyən nacinslər,
Dandı həqqi, sahib olmaqçün siyasət taxtına.

Tacla birgə başı düşsün zalimin, Ya Rəb, görüm,
Müstəcab olsun dua, gəlsin fəlakət taxtına.

Altını üstüylə yəqindir ki heç fərq etmədi,
Tən tutan azadəlik taxtın rəzalət taxtına.

Başına öz nəfsini tac eyləyən divanələr,
Razı olmaz ruhu əyləşsin qənaət taxtına.

Arifəm, səndən mənim var bir təvəqqem, Ya Əli,
Ver məqam, Sahibzaman çıxsın ədalət taxtına.
http://www.muselman.ws/


more post like this