Mərhum Hacı Nuri “Nəcmus-Saqib” və Şeyx Tusi “Künuzun-Nicat” kitablarında İmam Zaman (ə)-dan istək və hacəti olanlara belə bir göstərişin olduğunu nəql edirlər:

Cümə günü gecə yarısı qüsl alıb iki rükət namaz qılsın.

Hər rükətdə həmd surəsinin 5-ci ayəsini – “İyyakə nə`budu və iyyakə nəstəin” (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) – yüz dəfə,

sonra rükunun “Sübhanə Rəbbiyəl-əzimi və bihəmdih” (Həmd edirəm, bir halda ki, əzəmətli Rəbbim pak və münəzzəhdir) və səcdənin “Sübhanə rəbbiəl ə`la və bihəmdih” (Həmd edirəm, bir halda ki, uca Rəbbim pak və münəzzəhdir) – zikrlərini yeddi dəfə təkrar etsin.

Namazdan sonra isə bu duanı oxusun:

“Əllahummə, in ətə`tukə fəl-məhmidətu ləkə və in əsəytukə fəl-huccətu ləkə, minkər-ruhu və minkəl-fərəcu. Subhanə mən ən`əmə və şəkərə, subhanə mən qəddərə və ğəfərə. Allahummə, in kuntu əsəytukə fəinni qəd ətə`tukə fi əhəbbil əşyai iləykə və huvəl-iymanu bikə, ləm əttəxiz ləkə vələdən və ləm əd`u ləkə şərikən, mənnən minkə bihi ələyyə la mənnən minni bihi ələykə. Və qəd əsəytukə ya ilahi, əla ğəyri vəchil-mukabərəti və ləl-xuruci ən ubudiyyətikə və ləl-cuhudi lirububiyyətikə və lakin ətə`tu həvayə və əzəlləniş-şəytanu. Fə ləkəl-huccətu ələyyə vəl-bəyanu, fə in tuəzzibni fə bizunibi ğəyru zalimin li və in təğfirli və tərhəmni fə innəkə cəvadun kərim.” Bundan sonra ardıcıl olaraq “Ya kərimu, ya kərim” – deyilsin. Daha sonra isə bu duanı oxusun: “Ya aminən min kulli şəy`in və kullu şəy`in minkə xaifun həzir. Əs`əlukə biəmnikə min kulli şəy`in və xovfi kulli şəy`in minkə, ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd, və ən tu`tiyəni əmanən linəfsi və əhli və vələdi və sairi ma ən`əmtə bihi ələyyə hətta la əxafə və la əhzərə min şəy`in əbədən, innəkə əla kulli şəy`in qədirun və həsbunəllahi və ni`məl vəkil. Ya kafiyə İbrahimə Nəmrudə və ya kafiyə Musa Fir`əunə, əs`əlukə ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd və ən təkfiyəni şərrə fulanibni fulan.”
“Fulanibni fulan”-ın yerinə şərindən qorunmalı şəxsin adı və atasının adı çəkilir və inşallah, hacəti qəbul olar.

Redaktor: Nəcəf

ziyaret.az


more post like this