Cavab: imam Hüseyn (əleyhissalam) və onunla birlikdə olanlar Məkkədə 25 gün qaldılar. imam (əleyhissalam) Yəzidin adamlarından bir qrupunun həcc ziyarəti adı ilə Məkkəyə gəlmələrindən və ehram paltarları altında gizlətdikləri qılınc ilə Kəbənin kənarında, haram ayda Peyğəmbər övladını qətlə yetirmək planından xəbərdar olduğuna görə Həcci tərk edib onu fərdi ümrəyə çevirdi. Camaata etdiyi qısa nitqdən sonra, öz qardaşları, qohumları və dostları ilə iraqa getmək məqsədi ilə Həcc ziyarətini natamam qoyub hicrətin 60-cı ili zilhəccənin 8-ində öz ailəsi, övladları və köməkçiləri ilə birlikdə Məkkədən iraqa doğru getdilər.[4598]
Nur-az.com


more post like this