Cavab: Bu oxşarlıqlardan yalnız altısını qeyd edəcəyik: 1. Hər ikisinin adları o vaxta kimi yer üzünün əhalisinə məlum deyildi. 2. Hər ikisi dünyaya altı aylıq gəlmişdilər. 3. Onların dünyaya gəlişindən əvvəl asimani vəhy onların doğulmasını və necə dünyadan gedəcəyini xəbər vermişdi. 4. Onların hər ikisini zalım bir şəxs qətlə yetirmişdir. 5. Onların hər ikisinin başları kəsilərək qızıl teştə qoyulmuşdur. 6. Bu iki məzlumun başı kəsildikdən sonra danışması. Lakin bu iki məsumun arasında olan fərq bundan ibarətdir ki, Yəhyanın başını kəsən zaman qanının yerə tökülməməsi üçün başının altını teşt qoymuşdular. Lakin Aufənin zalımları və Bəni-ümməyyə cəlladları imam Hüseyn (əleyhissalam)-a qarşı belə etmədilər. NUR-AZ.COM


more post like this