Cavab:Adəmin hansı dildə danışması dəqiq məlum deyil. Lakin ibri dilində Adəm sözünün mənası yer, tormaq deməkdir. Allah-taala buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!“ (Zariyat, 56) Adəm həm bir insan və həm də peyğəmbər idi. O, bir peyğəmbər olaraq Allaha itaətsizlik edə bilməzdi. Habelə, Peyğəmbərin insanlara tərəf göndərilməsində əsas məqsəd onları hidayət etmək, Allaha ibadət və pərəstişə dəvət etməkdir. Necə ola bilər ki, Adəm özü ibadət etməsin, Amma insanları ibadətə dəvət etsin? Qurani-kərimdə Adəmin tövbə etməsinə işarə edilib: “(Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.“ (Bəqərə, 37) Adəmin xüsusi kəlmələri dilə gətirməsi və daha sonra tövbə etməsi ibadətin bariz nümunələrindəndir. Allah-taala Adəmlə Həvvanın yerə enməsini və onlara hidayət göndərdiyini xatırlayaraq buyurur: “Biz (onlara) dedik: “Hamınız buradan (yer üzünə) enin! Mənim tərəfimdən sizə bir hidayət gəldiyi zaman Mənim hidayətimə tabe olanlara (axirət əzabından) heç bir qorxu yoxdur və onlar (qiyamətdə) qəmgin olmazlar”. (Bəqərə, 38) Bu hidayət Allahın dini idi. Adəm də həmin hidayətə tabe olanlardan və Axirətdə əmin-amanlıqda olan şəxlərdəndir. NUR-AZ.COM


more post like this