Sual : Nə üçün Həzrət Yaqub (əleyhis-salam) Yusifin (əleyhis-salam) quyuya düşməsindən xəbərsiz idi?
Cavab:
Peyğəmbərlərin qeyb elmi Allahın iradə və elminə arxalanır. (asılıdır.) Allah istəsə, dünyanın əz uzaq nöqtəsində olsa belə, onlar bilərlər.
Peyğəmbərləri bu cəhətdən qaranlıq və zülmət bir gecədə buludların bürüdüyü səhrada yol gedən müsafirlərə bənzətmək olar. Bir an ildırım çaxır və səhranın dərinliklərinə kimi işıqlandırır. Hər şey müsafirlərin gözü önündə aydınlaşır. Amma sönəndən sonra zülmət hər yeri bürüyür. Daha heç nə gözə görünmür.
Bəlkə də İmam Sadiqdən “imamın elmi” haqqında nəql olunan hədis də bu məsələyə bir işarədir. İmam buyurdu:
جَعَلَ الّلهُ بَیْنَهُ وَ بَیْنَ الامامِ عَمُوداً مِنْ نُور یَنْظُرُ الّلهُ بِهِ الَى الامامُ وَ یَنْظُرُ الامامِ بِهِ الَیْهِ فَاذا أرادَ عِلْمَ شَىْ ء نَظَرَ فِى ذلِکَ النُّورِ فَعَرَفَهُ
“Allah-taala özü ilə imam arasında nurdan bir sütun qərar vermişdir. Allah bu yolla imam baxır, imam da onun vasitəsilə Allaha baxır. İmam nə vaxt bir şey bilmək istəsə, həmin nur sütununa nəzər salır və agah olur. ”
Sədinin məşhur şeri də sanki həmin məsələyə və həmin hadisəyə bir işarədir:
بگفت احوال ما «برق جهان» است *** گهى پیدا و دیگر دم نهان است
گهى بر طارم اعلا نشینیم *** گهى تا پشت پاى خود نبینیم
(Yaqub) dedi: əhvalımız “cahan” ildırımı kimidir
Bir an aydın olur bir an gizlidir
Bəzən göylərdəki taxta əyləşərəm
Bəzən isə öz arxamı görmərəm
Cahan burada “sıçrayan” mənasındadır. Cahan ildırımı göyün sıçrayan ildırımı deməkdir.
Bütün bunları nəzərə alsaq, heç təəccüblü deyil ki, bir gün Yaqub Allahın istəyi ilə imtahan olunur, yaxınlığındakı Kənan elində baş verən hadisələrdən xəbər tuta bilmir, bir gün də möhnət və imtahan günü sona çatır, Misirdən onun köynəyinin qoxusunu duyur. (1)

1. “Təfsiri nümunə”, cild 10, səh. 94.

makarem.ir


more post like this