“Özünün yaxşı işinə sevinən və pis işindən narahat olan kəs mömindir.”
– “Dua möminin silahı, dinin sütunu, səmaların və yerin nurudur.”
– “Hər eşitdiyini danışmağın sənin yalançılığının sübutu üçün bəsdir.”
– “Böyüklük pislikdən çəkinməkdədir, ucalıq könül xoşluğunda, zənginlik isə düzlükdə, inamdadır.”
– “İnsanın ən başlıca düşməni öz nəfsidir.”
– “Haqsızlıq qarşısında susan, dilsiz şeytandır.”
– “Bir gün ədalətlə iş görmək, 60 il ibadət etməkdən üstündür.”
– “İnsanlar ata-analarından daha çox öz zəmanələrinə oxşayırlar.”
– “Cənnətin qapıları qılıncların kölgəsi altındadır.”
– “Cinayətdən öncə cəza yoxdur.”
– “Elm Çində də olsa, onun dalınca gedin.”
– “Doğulmaq ölmək üçündür.”
– “Həqiqət naminə alçalmaq, günah işlər görüb ucalmaqdan daha yaxşıdır. Belə alçalmaq həqiqi ucalığa daha yaxındır.”
– “Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki, bəla sədəqənin üstündən keçə bilmir.”
– “Günahdan tövbə odur ki, onu təkrar etməyəsiniz.”
– “Bir-birinizə əl verin görüşün ki, qəlbinizdən kin xaric olsun.”
– “Heç bir işini sabaha saxlama ki, hər günün öz işi var.”
– “Qadının cihadı ərinə yaxşı baxmaqdır.”
– “Qiyamət günü möminin əməl tərəzisinə xoş xasiyyətdən üstün olan bir şey qoyulmayacaqdır.”
– “Behiştə daxil olan ilk şəxslər şəhidlər olacaqlar.”
– “Behişt anaların ayaqları altındadır.”
– “Hər kəs öz övladını öpsə, Allah ona bir həsənə (savab) yazar; və hər kəs öz övladını sevindirsə, Allah-Təala onu Qiyamət günü sevindirər.”
– “Hər kəs elmini artırsa, amma hidayətini artırmasa, (bu elm) onu yalnız Allahdan uzaqlaşdırar.”
– “Mənim ümmətimin ən şər və günahkar adamı Allahın kitabını oxuyub (cəhalət və nadanlıq üzündən) ona əməl etməyən kəsdir.”
– “Qiyamət günü qadının, ərinin razılığını kəsb etməkdən başqa daha yaxşı şəfaətçisi ola bilməz.”
– “Ata-anasının üzünə məxsus məhəbbətlə baxan saleh övladın hər bir baxışına Allah-Təala bir qəbul olunmuş həcc mərhəmət edər.”
– “Hər kəsin övladı dünyaya gəlsə, onun sağ qulağına azanı, sol qulağına isə iqaməni deməlidir. Bu əməl şeytanı uşaqdan uzaqlaşdırır.”
– “Uşaq birinci 7 yaşına qədər ağa, ikinci 7 ildə (14 yaşa qədər) xidmətçi, üçüncü 7 ildə (21 yaşınadək) isə ailənin vəziridir.”
– “Övladlarınızın ən yaxşısı qızlarınızdır.”
– “Allah dərgahında nigah səbəbi ilə abad olan evdən daha sevimli bir şey yoxdur.”
– “Hər kəs evlənsə, dininin yarısını qorumuşdur.”
– “Möminlərə ehsan və qonaqlıq vermək 5 yerdə sünnətdir: toyda, övlad dünyaya gələndə, sünnət toyunda, ev alanda və həcdən qayıdanda.”
– “İnsnaların ən xəsisi, salam verməyə xəsislik edən kəsdir.”
– “Şərab içən bütpərəst kimidir.”
– “Qohumlarla əlaqə saxlamaq, get-gəl etmək (sileyi-rəhim) ömrü uzadır və yoxsulluğu aradan aparır.”
– “Qurani-Kərim bir İlahi ədəb məktəbidir. Bacardığınız qədər onun ədəb qaydalarını öyrənin.”
– “İki nəfər arasında barışıq yaratmaq insanın bütün oruc-namazlarından daha üstündür.”
– “Alimlərdən soruşun, hikmət sahibləri ilə həmsöhbət olun və fəqirlərlə oturub-durun.”
– “Hər kəs öz zəmanəsinin İmamını tanımadan ölsə, cahilliyyət dövründə ölmüş kimidir.”

Muselman.ws


more post like this