Cavab: Ləqəbləri: Seyyidüş-şühəda, Rəşid, Təyyib, Vəfiyy, Zəkiyy, Seyyid, Səid, Mübarək, Sibtüs-sani, Əttabiu limərzatillah, Əşşəhidu bi-Kərbəla, Əddəlilu əla zatillah, Əl-imamüs-salis.

Künyəsi: Əbu Əbdillah.

Atası: Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam).

Anası: Fatimeyi Zəhra (salamullahi əleyha).

Doğulduğu gün: 3 Şəban.

Doğulduğu yer: Mədineyi-Münəvvərə.

Doğulduğu il: Hicrətdən 3 il sonra.

Şəhid olduğu gün: Məhərrəmin onu, cümə günü.

Şəhid olduğu il: 61-ci hicri ili.

Ömrü: 58 il.

Şəhadətinin səbəbi: Yezid ibni Müaviyənin hökmü ilə öz əhli-beyti ilə birlikdə şəhadətə çatmışdır.

Dəfn olunduğu yer: Müqəddəs Kərbəla şəhəri.

Övladlarının sayı: 6 (4 oğlan, 2 qız).

Oğlanları:

1. Əli Əkbər. 2. Əliyyi Ovsət (İmam Zeynül-Abidin əleyhissalam). 3. Cəfər. 4. Əbdüllah.

Qızları:

1. Səkinə. 2. Fatimə.

İmamın nəsli Zeynəl-abidiin (əleyhissalam)-dan davam etmişdir) və Əli Əkbər atası ilə birlikdə Kərbəlada şəhid olmuş, o Həzrətin yanında dəfn olunmuşdur, Cəfər (anası Qusaiyyədir) atasının sağlığında vəfat etmiş, Mədineyi-Münəvvərədə dəfn olunmuşdur. Əbdüllah isə uşaqlıq çağında (6 aylıq) atasının qucağında şəhid edilmişdir. Ona Əli Əsğər də deyilir.

NUR-AZ.COM


more post like this