1994-cü il fevralın25 də “Əl-Həlili”məntəqəsinin Hz. İbrahim məscidində sübh namazı qılınırdı… Ramazanın 15-i idi. Hərbi zabit geyimində biri müsəlmanların namaz qıldığı məkana daxil olub, onlara atəş açır. O zaman məsciddə 800 müsəlman namaz halında idi. Həmin zabit azı 29 nəfəri şəhid edib (bəzi mənbələr 52 nəfərin şəhid olduğunu yazır), 150 nəfəri isə yaralayıb. Sonradan bu hərəkət yəhudi hərbçiləri tərəfindən ənənəyə çevrildi; onlar küçədə, bazarda istədikləri ərəbə atəş açırdılar.Növbəti həftə ərzində 25 fələstinli öldürüldü. Təəccüblü budur ki, bütün bu baş verənlərdən sonra fələstinli əhali üçün fövqəladə vəziyyət elan edilsə də,yeni yaradılmış yəhudi məskunlaşma məntəqəsinin 400 sakininə fövqəladə vəziyyət şamil olunmadı.
“Əl-Həlil” məntəqəsindəki (Xevron məntəqəsi) o qorxunc qətli-am (kütləvi qırğın) ənənəsini yaradan BaruşQoldstein haqqında bir az bəhs etmək istərdim. Baruş Qoldstein əslində sionizm ideologiyasının bir aynası, müqəddəs Fələstin torpaqlarını işğal altında saxlayan zehniyyətin prototipi idi. O, Fələstin torpaqları üzərində işğal hakimiyyəti quran bir kütlənin arasından çıxmışdı, vəhşi bir qətli-amı gerçəkləşdirməyə yönəldən duyğular da, elə ona bu kütlə tərəfindən qazandırılmışdı. Yəni o özünü yox, bir kütləni, bir zehniyyəti təmsiledirdi. Bu cani, bütün insani dəyərləri unutmuş bir həkim idi. Bəzi tanışlarının dediyinə görə, o, qeyri-yəhudiləri (hətta həmin qeyri-yəhudi İsrail ordusunun əsgəri olsa belə) müalicə etməkdən imtina edirdi. Baruş Qoldstein əvvəllər Amerikada yaşayıb və Amerika vətəndaşı olub. Sonralar işğal altındakı torpaqlara köçmüş və terror yuvası olan “Kiryat Arba” yəhudi məskunlaşma məntəqəsində yaşamağa başlamışdı. Bu insan “Kaç” adlı terror təşkilatının köhnə üzvü idi. Terrorist xaxam Meir Kaxanın ən qatı tərəfdarlarından olub. Üç il İsrail ordusunda əsgərlik edib.
Görəsən, onu bu dərəcə böyük vəhşətə yönəldən zəhərlər onun zehninə haradan axıdılmışdı?
Bu caninin hansı çevrədə və hansı qanunlar ilə yetişdirildiyinə nəzər saldıqda, bu sualların cavabını açıq şəkildə anlayırıq. Bunun üçün əvvəlcə Nyu-Yorkun yəhudi məhəlləsində – Bruklində yaşayan ana-atasının onu necə bir anlayışla böyütdüklərinə baxaq. Anası onu kin və irqçilik südü ilə əmizdirmişdi. Bu kin və irqçilik fikirləriisə qaynağını müqəddəsləşdirilmiş uydurma kitablardan qaynaqlanırdı. Anasının onun üçün oxuduğu laylalardan biri belə idi:
nifrət edir ərəblərə bütün dünya
onlarıtək-tək öldürməkdir məna
ayağımla düşmənimiəzərəm
dişimlə dərisini gəmirərəm
dodaqlarımla qanını əmərəm
yenə ona olan kinimsoyumaz

Bax, Qoldstein belə kin və nifrət duyğularıyla bəsləndi vədaima bu ab-havanı hiss etdi. O, bu cür tərbiyə almış insanlardan sadəcə biri idi. Qoldstein dünyadan getsə də,gerçəkləşdirmək istədiyi planları özündən sonrakılara miras qoydu. Onlar da bu planları tamamlamaq üçün təhvil aldılar.
Fələftin torpağına minalar kimi yerləşdirilən yəhudi yaşayış mərkəzlərinin sakinlərindən biri deyir: “Bəlkə də insanların çoxu bu hadisəni eşitmək belə istəməz, amma bizə görə bu, böyük aksiyadır. Biz, yetərincə insan öldürülmədiyinə inanırıq. Yenə də Tanrıya şükür. Öldürülənlər çox da az deyil.Bu yaxşı bir başlanğıcdır”. Bu zehniyyət sadəcə bir-iki insana məxsus deyil. Özlərini insanların ağası, başqalarını isə kölə və xidmətçi sürülərindən ibarət sayan sionizm ideologiyasının bütün mənsubları belədüşünürlər. Görün başqa bir məskunlaşdırılmış yəhudi nə deyir: “İstəyərdim ki, bu cəsarəti mən göstərim. Elə cəsarətim olsaydı, çəkinmədən bu işi edərdim”. Bir başqa yəhudi isə “Qoldstein sizə görə qəhrəmandırmı?” sualına belə cavab verib: “Bəli. Onun bir qəhrəman olduğuna və təriflənməyə layiq bir iş gördüyünə inanıram”.
Bu düşüncə onların əmələ gətirdiyi kütlənin ortaq düşüncəsidir. O kütlə terroru, öldürməyi, başqalarını ortadan qaldırmağı qarşısına məqsəd qoyub. Bu kütlə işğal rejimi(İsrail) tərəfindən qorunur və onlara hər cür yardımlaredilir. Çünki bu kütlə işğal rejiminin şah damarı və davamiyyətinin qarantıdır. Bu düşüncə tərzi sadəcə sionist işğal rejiminin hakim olduğu bölgələrdə aktual deyil. ABŞ-da bu anlayış özünü xüsusilə qabarıq şəkildə göstərir. ABŞ prezidenti sözü gedən caninin öz ölkəsinin yetirməsi olduğunu görməməzliyəvuraraqvaxtilə yəhudilərə edilmişzülmlər barədəki uydurma hekayələri təkrarənsöyləyir və vətəndaşlarına tövsiyyə edir ki, bu zülmlərin kinini yaşayan cəmiyyətə qarşı anlayışlı olsunlar və onların artıq hərəkətlərinə səbr etsinlər.Sonra da bu anlayışdan ilhamlanan yəhudi terror təşkilatlarına fürsət və imkan verir. Bu terror təşkilatları Amerika hökumətinin təşkil etdiyi rahatlıqlardan və verdiyi imkanlardan yararlanaraq bu ölkədə istədikləri yerdə düşərgələr təşkil edə bilirlər. O düşərgələrdə Qoldstein markası daşıyan minlərlə terrorist yetişir.Üstəlik ordan canilərə silah almaq və yaşayış mərkəzlərini qurmaq üçün su kimi pul axır.

Həzrət İbrahim məscidi

Sionist işğal rejimi “Əl-Həlil” məntəqəsində – qətli-amın törədildiyi Həzrət İbrahim məscidində ibadəti qadağan etdi vəməscidin qapılarını 8 ay ibadətə gələnlərin üzünə bağladı. Açılanda isə məsciddə böyük dəyişikliklər edilmişdi. Sanki cinayəti törədən yəhudilər yox, müsəlmanlar olmuşdu. Məscidin yəhudilərə ayrılan hissəsi (demək olar ki, məscidin üçdə ikisi) genişləndirilmiş, müsəlmanlara aid bölümdə isə namaz qılmaq istəyənlərin sayına məhdudiyyət qoyulmuşdu. Həmçinin namaz qılınan sahənin əsgərlər tərəfindən nəzarətdə saxlanılması üçün məscidin müxtəlif yerlərində gizli kameralar, nəzarət yerləri və s. yerləşdirilmişdi. Müsəlmanlar üçün ayrılan yerdə namaz qılmaq istəyənlərin sayı 300 nəfərlə məhdudlaşdırılmışdı. Müsəlmanların istifadə etdiyi qapılardan sadəcə biri açıq saxlanılmış, digərləri isə bağladılmışdı. Açıq qapıya da, hava limanlarında olduğu kimi, kiçik yoxlama cihazları və xüsusi nəzarət bölmələri yerləşdirilmişdi. Bütün bu yenidənqurma işlərindən sonra məscid, bir polis idarəsinə çevrilmişdi. Sanki 8 ay əvvəlki qətli-amın müqəssiri müsəlmanlar olub və təhlükə müsəlmanlardan qaynaqlanıb.
Qüdsdəki “İslami Vəqflər Məclisi”Həzrət İbrahim məscidində edilən dəyişikliklərlə əlaqədar bir açıqlamasında bildirib ki, “İsrail rejimi Həzrət İbrahim məscidində etdiyi dəyişikliklərlə orada ibadət edən müsəlmanlara hücum edərək qətli-am həyata keçirənləri mükafatlandırıb. Həm də müsəlmanların hesabından”.Məclisin açıqlamasına görə Sionist işğal rejimi Həzrət İbrahim məscidindəki bəzi İslami simvolları silib. “İslami Vəqflər Məclisi”Həzrət İbrahim məscidinin bir müsəlman məbədi olduğunuvurğulayıb, orada hərbi qüvvədən istifadə edərək müsəlmanların ibadət hürriyyətini məhdudlaşdırmağa heç kəsin haqqı olmadığını bildirib. Məclis həmçinin onu da bildirib ki, Həzrətİbrahim məscidi tamamilə müsəlmanlara aiddir və orada müsəlmanlardan qeyrisinə ibadət yeri ayrılmayacaq. İslami hökmlərə görə məscidin qapısının bütün dünya müsəlmanlarına açıq olmasının lazımlılığını vurğulayan məclis, bir məscidi bəzi müsəlmanlara açıq,bəzilərinə bağlı elan etməyə heç kəsin ixtiyarı olmadığını bildirib.
Son imzalanan “Əl-Həlil” müqaviləsi də Həzrət İbrahim məscidi nöqteyi-nəzərindən bir xəyanət oldu. Müqavilədə “Əl-Həlil”in 20%-lik ərazisi tamamilə sionist işğalçılarının nəzarətinə verildi. Həzrət İbrahim məscidi də bu bölgədə qaldı. Həm də müqavilə mətnində Həzrət İbrahim məscidi məscid deyil, yəhudilərin dediyi kimi “peyğəmbərlər qəbristanı”kimi qeyd olunub. Bu yolla məscidin tamamilə yəhudi sinaqoquna çevirilməsi üçün zəmin hazırlandığı göz qabağındadır. Başqa tərəfdən sionist işğal rejimi “Əl-Həlil”dəki yəhudi yaşayış məskənləri sakinlərinin sayını artıracağını açıqlayaraq bu şəhərlə əlaqəli hədəfini ortaya qoydu. Şəhərin sionist rejiminə verilən hissəsində yəhudi sayının artırılması isə, hər keçən gün Hz. İbrahim məscidinə qarşı yəhudi təhdidinin artması demək idi. Bəli, “Əl-Həlil” anlaşmasını imzalayanlar, Fələstinin Məscidi-Əqsadan sonra gələn bu mübarək məbədini belə bir təhlükə və təhdidlə qarşı-qarşıya buraxıblar.

Həzrət İbrahim məscidi dünəndən bu günə

Deyilənlərə görə, Fələstinin “Əl-Həlil” məntəqəsininsimvolu olan Hz. İbrahimməscidi ilk dəfə Hz. İbrahim (ə) tərəfindən inşa olunub. Buna görə də məscidin adı ona nisbət verilib. Əldə mövcud olan tarixi qeydlərə görə e.ə. 1900-cüillərdə Hz. İbrahim (ə) bu şəhərə gəlib məskunlaşmış və bir məbəd inşa etmişdir. Həmin bu məbəd bugünkü Hz. İbrahim məscidinin ilk şəklidir.
Hz. İbrahimməscidinin yerləşdiyi şəhər sionist işğalçıların əlinə 1967-ci ilİyun müharibəsindən sonra keçib. Məscidin faciəsi də bu tarixdən sonra başlanıb. Yəhudilər Hz. İbrahimməscidini işğal edə bilmək və bu müqəddəs məbədi sinaqoqa çevirə bilmək məqsədilə “Əl-Həlil”in düz mərkəzində bir yəhudi yaşayış mərkəzi qurublar.
Yəhudilər əvvəllər tək-tək gələrək məscid xaricində dini adətlərini yerinə yetiriblər. Sonra onların məscid içərisində ibadətlərini yerinə yetirmələrinə icazə verən bir qərar çıxarıldı. Bu, o müqəddəs məbədin xalis İslami kimliyinə yönələn ilk hücum idi. Bu icazə, kütləvi bir bayram və toplu ibadətləqeyd olundu. 27 avqust 1972-ci ildəqeyd edilən bu ibadət vəbayramlarayəhudi terror təşkilatıKaçın lideri xaxam Meir Kahane rəhbərlik etdi. Bu hadisədən bir neçə həftəkeçmiş işgal rejimi yəhudilərin, müsəlmanların namaz qıldıqları vaxtlarda daöz ibadətlərini yerinə yetirə biləcəklərinə dair açıqlama verdi…Və hadisələrbir-birini əvəz etməyə başladı. Həmin ilinnoyabr ayının on ikisində bölgənin komandiri yəhudilərin ibadət saatlarını artıran və məscidin içərisinəibadət əsnasında oturmaq üçün stullar qoyulmasına imkan verən bir qərar çıxardı. Bu qərar, məscidin içərisinə Tövrat nüsxələrinin qoyulacağı bəzi dolablaryerləşdirilməsinə də imkan verirdi. Bu dolablardan biri Hz. Yəqub (ə) zaviyəsinə (bucağı) yerləşdirildi. Bu qərara əsasən Hz. Yəqub (ə) zaviyəsi və Hz. İbrahimin (ə) məqamının önü işğal edilmiş oldu. Elə həmin vaxtlardamüsəlmanların namaz qılmaları üçün ayrılanmüddət dəqısaldıldı. Belə ki,günorta namazları üçün cəmi iki saatyarım vaxt verilirdi. Həmçinin Hz. İbrahim Camisi hərəmindəmüsəlmanların meyyit namazlarını qılmaları da yasaqlandı. Daha sonra yəhudilər müsəlmanların namazlarına mane olmaq məqsədilə bəzi əcayib dini sözləri yüksək səslə söyləməyə və yenəməscid hərəmi daxilində buynuzdan düzəldilən çalgılarını çalmağa başladılar. Bu yolla məscidə qarşı hörmətsizliklərini və müsəlmanları təhrik etməyi hədəfləyən hərəkətlərini daha da artırdılar.
“Əl-Həlil”qətli-amından sonra isəməsciddə böyük dəyişikliklər edilərək müsəlmanların ibadət imkanları tamam məhdudlaşdırıldı, yəhudilərəayrılanhissə isə məscidin üçdə ikisini əhatə edəcək şəkildə genişləndirildi. Bütün bu sadaladıqlarımız açıqca göstərir ki, Hz. İbrahim məscidindəhəyata keçirilən qətli-am məscidin hamısını zəbt etmək və oranı tamamilə bir yəhudi sinaqoquna çevirməkməqsədinə yönəlmiş planlar zəncirinin bir halqasından başqa bir şey deyildi. İşgal dövləti bu planlar zəncirinin həyata keçirilməsi üçün siyasi idarə üsulu qanunvericilik qurumları ordusu və bütün yeni məskunlaşdırdığıyəhudilərləfəaliyyət göstərdi.

Baruş Qoldsteinin qəbri

Qoldstein Meir Kaxan memorial parkıyla üzbəüz, Kiryat Arba yəhudi məskunlaşma məntəqəsində basdırılıb. Bu park İsrailin Kax partiyasının yaradıcısı (bu partiya İsrail, ABŞ, AB tərəfindən terrorçu təşkilat kimi tanınıb) haham Meir Kaxanın şərəfinə salınmışdı. (Qoldstein uzun müddət Meir Kaxanın tərəfdarı olmuşdu.)
Qoldsteinin qəbri İsraillilərin etiqad yerinə çevrildi. Burada ibadət və dua üçün xüsusi yer də tikdilər. Onun baş daşında yazılmışdı: “Həyatını Tövratın, yəhudilərin və İsrail xalqının yolunda qurban vermiş müqəddəs Baruş Qoldstein”. 1996-cı ildən etibarən İsrail rəsmiləri İsrailin təhlükəsizliyi baxımından Baruş Qoldsteinin qəbri üzərindəki ibadət məkanını yığışdırmaq təklifləri ilə çıxış etməyə başladılar. Onların fikrincə, belə ibadət başqa ekstremistləri ruhlandıracaq. 1999-cu ildə isə terrorçuların qəbri üzərində abidə ucaltmağı qadağan edən qanunun qəbulundan sonra, ali məhkəmənin qərarı ilə Qoldsteinin qəbri üzərindəki ibadət yeri buldozer vasitəsilə dağıdıldı.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this