al-shia
Həzrət Fatimə (s) artıq hər bir şeyi əldən verdiyini və Әli (ə) üçün bir iş görə bilmədiyini dərk etmişdi. HӘZRӘT FATIMӘNIN ŞӘHADӘTI
Həzrət Fatimə (s) artıq hər bir şeyi əldən verdiyini və Әli (ə) üçün bir iş görə bilmədiyini dərk etmişdi.

O, var qüvvəsi ilə çalışırdı ki, xilafət binasının təməli çürümüş ağacların vasitəsilə qoyulmasın, amma ümidini artıq öz son cəhdlərindən də kəsmişdi.

Artıq yaşaya bilmirdi Zəhra. Gün keçdikcə yaradanına qovuşmaq üçün səbirsizləşirdi. Nəhayət Hicri 11-ci ilin Cəmadiüs-sani ayının üçüncü bazar ertəsi günü, atasının öldüyü ildə, uşaqlarını öpüb onlarla vidalaşdı:

Daha doğrusu vidalaşdırdılar. Qoy bütün nəsillər bilsin ki, peyğəmbərimizin qızı xanım Zəhra öz əcəli ilə ölməmişdir. Onun və nəinki onun hətta qoynundakı hələ dünyaya gəlməmiş Möhsününü belə xəyanətkar zalımlar şəhid etmişlər. Çünki, xanım Zəhra öz atası və ərinin qəsb olunmuş haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən amansızcasına qətlə yetirilmişdi. Bəli, o gecə Zəhra bütün ailəsi ilə vidalaşdı.

Yeddi yaşında olan Həsən (ə) ilə;

Altı yaşında olan Hüseyn (ə) ilə;

Beş yaşındakı Zeynəb (ə) ilə;

Üç yaşında olan Ümmü Gülsüm ilə;

Axırda isə Әli (ə) ilə vidalaşdı. Nə çətin idi o vida anları! Fatimə (s) qüsl etmək üçün su istədi. Allahı ilə görüşə getdiyi üçün təzə paltar geydi. Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı. Bir az sonra gözlərini yumub dünyadan köçməsi ilə Әlinin evində yanan bir şam artıq sönmüşdü.

Әli (ə) Fatimənin vəsiyyətinə əməl edərək ona özü qüsl verdi, kəfənləyib dəfn etdi.

Amma qəbrinin yeri gizli qalmalı və heç kimin xəbəri olmamalı idi.

O gündən indiyə qədər və gələcəkdə də davam edəcək bir mübarizədir bu hadisə.

Siyasətçilər oraya gəlib namaz qılmalı idilər. Həzrət Fatimə (s) gələcək nəsillərə bunu demək istəyirdi ki, mənə zülm olundu, ürəyim qəmlə doludur və mən intiqam gününü gözləyirəm.

Artıq Әli (ə) yalqızdır. Tənha özü qalıb, bir də uşaqları…

Həzrət Zəhranın qəbrinin yanında oturub Peyğəmbərin qəbrinə xitabən dedi: «Ey Allahın Peyğəmbəri! Mənə tapşırdığın əmanəti sənə qaytarıram. Başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu kimi danışacaqdır. Bütün suallarını ondan soruş. O, hamısını sənə deyəcək.

AŞAĞIDAKI SUALLARA CAVAB VERIN
1. Nəyə görə Peyğəmbər (s) qızı Fatiməni çox sevirdi?

2. Nə üçün Peyğəmbər (s) qızı Fatiməyə elçi gələnlərə mənfi cavab vermişdi?

3. Nəyə görə Peyğəmbər (s) Әli əleyhissalamın Fatimə (s) ilə evlənmək istəyini qəbul etmişdi?

4. Fatimə (s) məsciddən qayıdandan sonra əri Әli əleyhissalama nə söylədi?

5. Fatimənin qəbri niyə gizli qaldı?

http://www.islamtimes.org


more post like this