Cavab: Hədisi qüdsidə imam Baqir (əleyhissalam) belə buyurur: Qiyamət günündə Həzrəti Fatimə (ə.s) cəhənnəmin qarşısında dayanar. Bu gündə hər şəxsin alnında mömin və ya kafir olması yazılacaqdır. Peyğəmbər Əhli-beytini sevib dost tutan bir kəsə, günahları çox olduğu halda əmr olunacaq ki, cəhənnəmə tərəf getsin. Sonra Həzrəti Fatimə onun alnına baxıb Əhli-beyti sevənlərdən olduğunu görəcək və deyəcək: Pərvərdigara, ey mənim mövlam, Sən məni Fatimə adlandırmısan və (vədə vermisən ki,) hər kəs məni və mənim övladlarımı sevib dost tutsa, onları cəhənnəm odundan uzaq saxlayacaqsan. Sənin vədən haqdır və Sən heç vaxt Öz vədənə xilaf çıxmazsan.
Allah buyuracaq: Ey Fatimə, düz deyirsən. Mən səni Fatimə adlandırmışam sənin xatirinə səni və övladlarını sevib vilayətini qəbul edənləri cəhənnəm odundan saxlayacağam. Mənim vədələrim haqdır və heç vaxt vədəmə xilaf çıxmaram. Mən bu bəndəmin ona görə cəhənnəmə tərəf getməyini əmr etdim ki, sən ona şəfaət edəsən. Mən sənin onun barəsində etdiyin şəfaəti qəbul edirəm ki, sənin Mənim dərgahında olan (yüksək) məqam və mənzilətin mələklər, peyğəmbərlər, rəsullar və bütün məhşər əhli üçün məlum olsun. Hər kəsin alnında “mömindir” yazılmış olsa, onun əlindən tutub behiştə daxil et.
NUR-AZ.COM


more post like this