Tarixi rəvayətlər Fatimeyi-Zəhranın (ə) atasından ya 75, ya da 95 gün sonra vəfat etdiyini xəbər verir. Peyğəmbərin səfər ayının 28-də vəfat etdiyini nəzərə alsaq, birinci ehtimala görə, Fatimeyi-Zəhra (ə) hicri 11-ci il cəmadiyül-əvvəl ayının 13-də, ikinci ehtimala görə isə eyni ilin cəmadiyüs-sani ayının 3-də dünyasını dəyişmişdir.

 

Vəfat edərkən yaşının neçə olduğu barədə də fikir ayrılığı vardır. Belə ki, bəziləri Onun peyğəmbərliyin 5-ci ilində, bəziləri isə peyğəmbərlikdən 5 il qabaq doğulduğunu yazırlar. Bunların arasındakı 10 il fərqi nəzərə alsaq, o həzrətin ya 18 ya da 28 yaşında vəfat etdiyi ehtimal olunur. Birinci nəzəriyyə daha geniş yayılıb.

 

 

 

 

 

 

Qadinlar.biz

 

 

 

 

 

 


more post like this