Cavab: İbni Həcər belə rəvayət etmişdir: “Cəbrəil Peyğəmbər (s.ə.v.v)-ə xəbər verdi ki, sənin ümmətin onu qətlə yetirəcəkdir. Peyğəmbər (s.ə.v.v) soruşdu: Mənim ümmətim? Cəbrəil dedi: Bəli, əgər istəyirsənsə, onun şəhid olduğu yeri sənə göstərərəm. sonra Tiff (Kərbəlanın başqa bir adıdır) diyarına işarə etdi və ordan qırmızı rəngli türbət gətirdi, Peyğəmbər (s.ə.v.v)-ə göstərib dedi: Bu torpaq onun şəhadətə yetirilən yerdir.”[4597]
Sünnülərin səhih və müsnədnədlərində gələn çoxlu rəvayətlər aşkar şəkildə göstərir ki, Kərbəla diyarı Rəsuli Əkrəm (s.ə.v.v)-in, Əmirəl-möminin (əleyhissalam) və İslam hədisçilərin nəzərindən müqəddəs məşahid (şəhadət yeri) sırasındadır və ehtirama layiqdir, pak və müqəddəs türbəti isə xüsusi imtiyazlarla malikdir.
İslamın bəzi başqa rəvayətlərində gəlmişdir ki, Peyğəmbər (s.ə.v.v) Kərbəla torpağın iyləyəndən sonra o müqəddəs torpağa göz yaşı axıtdı və buyurdu: “Xoş olsun bu türbətin halına!”
Nur-az.com


more post like this