Kamal Zabratlı

Həyatda gündə yüz dəfə ölüb-dirilmək eşqinə

Düşən düşər mənim kimi sevib-sevilmək eşqinə.

 

Mən özgə eşqə neynirəm bu ömrü sərf edim, özü

Ölümdür ömrü sürməmək səninçün ölmək eşqinə.

 

Səmadə dustaq ahımın əlacı var gözündə, can

Fəda baxışlarındakı səmanı dəlmək eşqinə.

 

Düşürsən eşqə aləmə gələndə də, gedəndə də,

Gələndə getmək eşqinə, gedəndə gəlmək eşqinə.

 

Qürur aman verən deyil düzəmək istəsən də sən?

Qüruru tərk elə əyil, əyil düzəlmək eşqinə.

 

Nədən gülürsüz aşiqə, o, ac gözün qidasını

Siz axtaran zaman tapıb, olarmı gülmək eşqinə?!

 

Kamal, deyirsə bilmirəm nədir bu eşq, inanmayın,

Bilər, onun nə olduğun düşübsə bilmək eşqinə.

canderyasi.com


more post like this