590. Həyat

1798. İmam Əli (ə):«Bilin ki, həyatdan başqa, elə bir şey yoxdur ki, sahibi ondan doyub yorulmasın. Çünki ölümdə öz rahatlığını görmür.»[1]

 

591. Su və həyat

Quran:

«Hər bir canlını sudan yaratdıq.»[2]

Hədis:

1799. İmam Sadiq (ə):«Suyun dadı həyatdır.»[3]

 

592. Həyatdan daha yaxşı olanlar

1800. İmam Əskəri (ə):«Həyatdan daha yaxşısı odur ki, onu əldən verən zaman öz həyatından bezəsən. Ölümdən daha pisi odur ki, ona məruz qalanda ölümü arzulayasan.»[4]

 

593. Həqiqi həyat

1801. İmam Əli (ə):«Dindarlıqdan başqa həyat, əminliyi əldən verməkdən başqa ölüm yoxdur.»[5]

1802. İmam Əli (ə) :«Tovhid (təkallahlılıq) cana həyat bəxş edəndir.»[6]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Nəhcül-Bəlağə, xütbə 133

[2] Ənbiya, ayə 30

[3] Tuhəful-Uqul, səh.370

[4] Tuhəful-Uqul, səh.489

[5] əl-İrşad, c.1,  səh.296

[6] Ğurərul-Hikəm, hədis 540


more post like this