Ər-arvad öz eşq və bağlılıqlarını möhkəmləndirmələri üçün nə edə bilərlər?
Ailə problemləri mütəxəssisləri uğurlu nigahların tədqiqatından aldıqları nəticəyə əsaslanıb ər və arvada xüsusi tövsiyələr söyləmişlər:
1. Kişilər çətinliklərlə üzləşdikdə təslim olmasınlar. Bilsinlər ki, əgər həyat yoldaşları bir ixtilafı araşdırırsa , bu məhəbbət üzündən və münasibətlərinin mühafizəsi səbəbindəndir.
2. Narazılığı üzə vurmadıqca, o, insanın daxili təzyiqiylə daha da artır və sonda bir qəzəb şöləsi kimi zahir olur. Lakin şəxs narahatlıqlarını aydınlaşdırıb, ona cavab tapa bilirsə, daxili təzyiqlər sönür. Kişilər anlamalıdırlar ki, həyat yoldaşının qəzəbi onun şəxsiyyətinə həmlə etmək deyil. Əksər vaxtlar qadınlar tərəddüddə qala bilmir və mövzunu qavrayıb, dərk etmək istəyirlər.
3. Kişilər həmçinin hadisənin bir əməli həll yolunu təqdim edərək söhbəti bağlamağa və danışıqları xətm etməyə səy etməsinlər. Çünki qadınlar üçün ərlərinin onların gileylərini dinləməsi, mövzuya dair hisslərinə həmdəm olmaları çox əhəmiyyətlidir (onlarla eyni fikirdə olmaları mütləq lazım gəlməsə də). Sürətlə həll yolunu təqdim etmək qadın üçün onun hisslərinin əri tərəfindən görməməzliyə vurulması anlamına gəlir. Əksər hallarda qadın hisslərinə diqqət olunduğunu hiss etdikdə, sakitləşir.
4. Qadınlar şikayətlərini anladarkən həddindən çox emosional olurlar. Odur ki, diqqət etməlidirlər ki, kişinin şəxsiyyətinə həmlə etməsinlər. Belə bir iş kişini ya qarşı cəbhədə mövqe tutmağa, ya da ağır sükuta dalmağa vadar edər. Bunun da nəticəsi onun inciməsindən və mübahisənin ağırlaşmasından başqa bir şey deyildir. Qadınlar tənqidi ərinə eşq dolu cümlə və ibarələrdən istifadə edərək söyləməlidirlər.
5. Söhbət zamanı uğur qazanmaq istəyən şəxslər çalışırlar ki, bəhsi doğru istiqamətdə aparsınlar, gərginlik azalsın. Bu sadə əməl atifə termostatı kimidir. O hisslərin coşmasının qarşısını alır və tərəflərə mövzu üzərində diqqətlərini cəmləməyə kömək edir.
6. Ər-arvadın ixtilaflı məsələləri üzərində fikri cəmləşdirmək ailəni qorumağın həll yolu deyil. Həm qadın, həm də kişidə atifi ayıqlıq, ağıllı düşüncə tərzi olmalıdır ki, çətinliklərin həlli zamanı daha yaxşı imkanlar yaransın. Unutmayın ki, atifi qabiliyyətlərin bəzisi (məsələn: rahatlıq verən rəftarlar, həmdəm və yaxşı dinləyici olmaq) fikir ayrılıqlarını məharətlə aradan aparır və onları “yaxşı dalaşmalara” çevirir.
7. Ər-arvadın öyrənməli olduqları əhəmiyyətli məharətlərdən biri də pərişanlıq gətirən hisslərini sakitləşdirməyi bacarmaqdır. Bu atifi təkan nəticəsində əmələ gələn tüğyandan tez bir zamanda azad olmaq olar. Belə ki, daxili partlayış düşünmək, düzgün söhbət etmək vasitəsilə sakitləşir. Belə hallarda aram tapmaq çox faydalı və qurucu təsir buraxır.
8. Söz deyib-söz eşitmək müdafiə mövqeyi daşımamalıdır. Qarşı tərəfi dinləmək elə bir məharətdir ki, qadınla kişi arasında olan bağlılığı qoruyur. Ən təsirli iş qarşı tərəfi dinləmək, ona həmdəm olmaq və onunla dərdləşməkdir. Bu onun ən dərin hisslərini anlamağa və aramlıq tapmasına səbəb olur. Doktor Him Geynut deyir ki, belə haııarda ən yaxşı formul XYZ-dir: “Sən “X” işi görəndə, məndə “Y” hisslərini yaradır. Mənsə xahiş edirəm ki, sən “Z” işi görəsən”. Məhəbbət və hörmət ailə həyatında hər cürə incikliyi aradan aparır, odur ki, qarşı tərəfin hisslərinə ehtiram etmək, hər iki tərəfdə müsbət hal yaradır.
9. Atifi dərrakənizi artırmağa çalışın, çünki həyatdakı uğurun 80 %-i atifi hissə, 20 %-i isə ağıla görədir.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad


more post like this