وَأمَّا حَقُّ رَعِيَّتِكَ بمِلْكِ النّكَاحِ فَأَنْ تَعْلَمَ أَنَّ اللَّهَ جَعَلَهَا سَكَنًا وَمُسْتَرَاحًا وَأُنْسًا وَوَاقِيةً، وَكَذَلِكَ كُلُّ وَاحِدٍ مِنْكُمَا يَجِبُ أَنْ يَحْمَدَ اللَّهَ عَلَى صَاحِبهِ، ويَعْلَمَ أَنَّ ذَلِكَ نِعْمَةٌ مِنْهُ عَلَيْهِ. وَوَجَبَ أَنْ يُحْسِنَ صُحْبَةَ نِعْمَةِ اللَّهِ وَيُكْرِمَهَا ويَرْفَقَ بهَا وَإنْ كَانَ حَقُّكَ عَلَيْهَا أَغْلَظَ وَطَاعَتِكَ بهَا أَلْزَمَ فِيمَا أَحْببْتَ وَكَرِهْتَ مَا لَمْ تَكنْ مَعْصِيةً، فإنَّ لَهَا حَقُّ الرَّحمَةُ وَالْمُؤَانَسَةِ، وَمَوْضِعُ السُّكُونِ إلَيهَا قَضَاءَ اللَّذَّةِ الَّتِي لا بُدَّ مِنْ قَضَائِهَا وَذَلِكَ عَظِيمٌ. وَلا قُوَّةَ إلا باللهِ.

“Evlənmək yolu ilə sənin ixtiyarında olanın, (həyat yoldaşının) haqqı odur ki, biləsən, Allah onu rahatlıq qaynağı, ünsiyyət və sənin qoruyanın qərar verib. Həmçinin, siz ər və arvaddan hər biriniz digərinizin vücuduna görə Allaha şükür etməlisiniz. Bil ki, bu, Allahın ona verdiyi ne`mətdir. Bu ne`mətlə xoş rəftar etməyiniz vacibdir. Bu nemətin qədrini bil və onunla xoş rəftar et.
Doğrudur ki, istədiyin və istəmədiyin işlərdə zövcənin sənə itaəti çətin və səndən ona itaət lazımdır. O, yerə qədər ki, günah olmasın. Lakin, o qadının sənin boynunda da mehribançılıq və ünsiyyət haqqı vardır. Sənin məqamının hifz olunması onun ətəyindədir. Kam almaq və ləzzət almaq özü böyük bir haqqdır. Allah tərəfindənbaşqa heç güc qüvvət yoxdur!”.
“Məkarimul-Əxlaq kitabında belə yazır:”
“Həqiqətən, zövcənin də sənin boynunda mehribançılıq və mərhəmət haqqı vardır. Çünki, o sənin əsirin kimidir. Ona yemək verib geyindirməlisən. Hər vaxt bilmədən xətaya düçar olsa, onu bağışlamalısan!”
Biz əvvəlcədən, qadının iffəti barəsindəki hüquqda, evlənmək və ailə hüququ barəsində müfəssəl bəhs etdik. O bəhsdə, cəmiyyətin fəhşa və çirkinliyə düşməsi və ailə həyatını yaxşı tərzdə qurmaq yollarını bəyan etdik. Bu bəhsdə isə İmam Səccad (əleyhissalam)-ın buyurduğu kimi həyat yoldaşının, Qur`an və hədis nəzərindən vəzifələrini qısa şəkildə izah edəcəyik.
Əvvəlcə qeyd etdik ki, evlənmək mübarək bir binadır. Ər və arvadın bir-birinə verdiyi əhdin əsasında qurulur. Bu bina, həyatlarının sonuna kimi davam edir. Bina, dəmir, kərpic, sement, sim və torpaqdan deyildir. Bəlkə də, aramlıq və məhəbbət evi olub, ər-arvadın bir ömür bir-birinin kənarında xoşluqla yaşayışıdır. Öz vücud ağaclarından faydalı və şirin meyvələr verir, oğlan və qız övladları tərbiyət edib cəmiyyətə təhvil verirlər.
Onu da deyək ki, bu bina, o vaxt möhkəm olar ki, ərlə arvad İslamın haqq ünvanı ilə təyin etdiyi əhkamları bilsin. Yoxsa, bina titrəyib pis vəziyyətə düşər.

ceferiler.com


more post like this