Məişət

Məişət,fərdi və ictimai həyatın doğru və səhih proqram çərçivəsində idarə olunmasına deyilir.Bu proqram adətən həyatın maliyyə və iqtisadi yönlərində özünü göstərir.

Yaşayışda orta həddi gözləməyin əhəmiyyəti

Həyat və yaşayış İslamda xüsusi bir əhəmiyyətə malikdir.Çünki,dünya və axirət işlərinin hamısı insanın fərdi yaşayış tərzindən asılıdır.Hər bir işdə orta həddə riayət etmək bəyənilmiş işlərdən biridir.İnsanın yaşayış tərzində də orda həddi gözləməsi bu qaydadan istisna deyil.
Fəqirlik və ehtiyacsızlıq,israf və xəsislik kimi məfhumlar bu meyarlara əsasən tərif olunur.İslam məktəbi, fəqirlikdən və habelə insanı israfa vadar edən varlılıqdan şiddətlə çəkindirir.İlahi ayələr içərisində yer alan və insanın məişətini təmin edə biləcək ruzi, Allahın qəti vədələrindən hesab olunur.
و ما من دابه فی الارض الا علی الله رزقنا و یعلم مستقرها و مستودعها کل فی کتب مبین
“Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların (ata belindəki, ana bətnindəki və ya dünyadakı) sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır (lövhi-məhfuzdadır)” (Hud sürəsi 6-cı ayə).

Allah yolunda cihad

İslamda insanın öz yaşayışının ehtiyaclarını ödəmək üçün göstərdiyi səylər,gördüyü tədbirlər Allah yolunda cihad etmək həddində olduğu bildirilir.İslami rəvayətlərdə insanın özü və ailəsi üçün ruzi ələ gətirməsi,ən gözəl əməllərdən biri kimi dəyərləndirilir.Orta həddə iş görmək və səy göstərmək bütün peyğəmbərlərin xas bir rəftar olubdur.

Ruzinin artmasına səbəb olan amillər

İslamda ruzinin artması üçün bir çox amillər göstərilib.Ticarət,əkinçilik və digər maddi mahiyyət daşıyan işlərlə yanaşı,gözəl əxlaq,dua,zülm və günahdan çəkinmək kimi amillər insanın yaşayışına təsir göstərən amillərdən hesab olunur.İslam peyğəmbəri (s) Abuzərə buyurur:”Ey Abuzər,həqiqətən insan bəzən etdiyi günah səbəbindən öz ruzisindən məhrum olur.”(Biharul-Ənvar,cild 74,səhifə 77)

Başqa bir hədisdə buyurur:
الخلق یزید فی الرزق
”Gözəl əxlaq ruzini çoxaldar” (Səfinətul-Nicat,cild 3,səhifə 178)
İslam peyğəmbəri ibadəti on hissəyə bölür və onlardan doqquzunun insanın öz yaşayışını təmin etmək məqsədiylə ruzi ələ gətirməsi olduğunu bildirir.(Biharul-Ənvar,cild 100,səhifə 9)

İslam məktəbində ağlın və düşüncənin kamala çatması üç şeylə bəyan olunur:”Dini doğru anlamaq,xoşagəlməz hadisələrə səbr etmək və insanın öz yaşayışında doğru-düzgün proqram qurmaq”

Mənəvi amillər

Allah Qurani Kərimdə insanın mənəviyyatını onun yaşayışına təsir göstərən amillərdən biri olduğunu göstərir.Allahı düşünməkdən və mənəviyyatdan uzaq düşmək,həyatdan ləzzət apara bilməməyin səbəbləri kimi dəyərləndirilir.Həyatı yalnız fani dünya ilə məhdudlaşdıranlar və ölümü hər şeyin sonu bilənlər,həyatın və ömrün qısa olmasından dolayı ruhi iztirablar keçirirlər və bütün rifah dolu şəraitlərin olmasına baxmayaraq daxillərində xoşbəxtlik hiss edə bilmirlər.
ومن اعرض عن ذکری فان له معیشه ضنکا و نحشره یوم القیمه اعمی
“Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!” (Ta-Ha sürəsi 24-cü ayə)

Fəqir olmayacaq

İslam cəmiyyətində fəqirliyin yeri yoxdur.Əgər hər hər öz vəzifəsinə əməl etsə,heç kəs bu dünyada məişət problemləri ilə üzləşməz.Zəkat,xüms,infaq,fədakarlıq bütün bunlar islam cəmiyyətindən məişət problemlərini aradan qaldırmağa xidmət edir.Əlbətdə ki,əgər bunlara əməl olunsa.
İslam peyğəmbərinin (s) rəftarları içərisində onun Xanım Xədicə ilə birgə ticarət etməsi də yer alır.İşlə məşğul olmaq və çalışmaq kimi işlər İmam Əli (ə)-in həyatında mühüm rola malik idi.Əlbətdə,bəzən Allah insanları fəqirliklə imtahana çəkir.Əlbətdə,bu mövzunun da özünə məxsus geniş bir bəhsi var

Mənbələr

1-Quran
2-Nəhcül-Bəlağə
3-Biharul-Ənvar (Məclisi)
4-Səfinətul-nicat (Mühəddis Qumi)
5-Sireye ibn Hişam (İbn Hişam)
6-Tarixul-Uməm vəl Muluk (Təbərsi)


more post like this