595. Həya

1816. İmam Əli (ə):«Həya hər gözəlliyə və yaxşılığa çatmaq üçün vasitədir.»[1]

1817. İmam Əli (ə):«Həya bütün yaxşılıqların açarıdır.»[2]

1818. İmam Əli (ə):«İnsanların ən ağıllısı onların ən həyalısıdır.»[3]

1819. İmam Əli (ə) :«Həya pisliyə mane olar.»[4]

1820. İmam Əli (ə):«Həya iffətliliyin səbəbidir.»[5]

 

596. Həya və iman

1821. Allahın Peyğəmbəri (s):«Hər dinin öz təbiəti vardır, İslamın təbiəti də həyadır.»[6]

1822. İmam Sadiq (ə) :«Həyası olmayanın imanı yoxdur.»[7]

 

597. Həyanın qınanıldığı hallar

1823. Allahın Peyğəmbəri (s):«Həya iki növdür:  əqldən doğan həya və ağılsızlıqdan törəyən həya. Əqlin həyası elmdir, axmaqlığın həyası isə cahillik.»[8]

1824. İmam Əli (ə):«Utancaqlıq məhrumiyyətə yaxındır.»[9]

1825. İmam Əli (ə):«Utancaqlıq ruzinin yolunda maneədir.»[10]

1826. İmam Əli (ə):«Kim haqqı deməyə utanırsa axmaqdır.»[11]

 

598. Həyasızlığın nəticəsi

1827. Allahın Peyğəmbəri (s):«Peyğəmbərlərin (ə) misallarından xalq arasında bu sözdən başqa bir şey qalmayıb:Həyan olmasa, istədiyin hər işi et.»[12]

1828. İmam Əli (ə):«Xalqdan həya etməyən kəs, Sübhan olan Allahdan da həya etməz.»[13]

1829. Allahın Peyğəmbəri (s):«Allahdan öz yaxşı qonşularından həya etdiyin kimi həya et. Çünki Allahdan həya etmək əminliyi artırar.»[14]

1830. Allahın Peyğəmbəri (s):«Hər biriniz gecə və gündüz sizin kənarınızda olan iki mehriban qonşudan həya etdiyiniz kimi, özünüzlə birgə olan iki mələkdən də həya etməlisiniz.»[15]

1831. İmam Kazim (ə):«Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin.»[16]

 

600. Həyanın zirvəsi

1832. İmam Əli (ə):«Həyanın zirvəsi, insanın özü- özündən həya etməsidir.»[17]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] Biharul-Ənvar, c.77, səh.211 , hədis1

[2] Ğurərul-Hikəm, hədis 340

[3] Ğurərul-Hikəm, hədis 2900

[4] Ğurərul-Hikəm,  hədis 1393

[5] Ğurərul-Hikəm,  hədis 5527

[6] Kənzul-Ummal, hədis 5757

[7] əl-Kafi, c.2, səh.106 , hədis5

[8] Biharul-Ənvar, c.77, səh.149 , hədis75

[9] Ğurərul-Hikəm, hədis 6714

[10] Ğurərul-Hikəm, hədis 274

[11] Ğurərul-Hikəm, hədis 8650

[12] Uyune Əxbare Rza (ə), c. 2, səh.95, hədis207

[13] Ğurərul-Hikəm, hədis 9071

[14] Biharul-Ənvar, c.78, səh.200, hədis28

[15] Kənzul-Ummal, hədis 5751

[16] Tuhəful-Uqul, səh.394

[17] Ğurərul-Hikəm, hədis 6369


more post like this