Ruslan Növrəs

Həsrətün könlümdən, ey dildar, getməz, gəlməsün,*

Qorxuram, ol möhnəti-azar getməz, gəlməsün,*

 

Gəl ki, bitsin möhnətü qəm, gəl ki, getsin həsrətün,

Dərdü qəm bitməz, xəyali-yar getməz, gəlməsün,

 

Olsa da səndən dəvasi dərdinin, bir dəm belə,

Kuyinə, yar, aşiqi-bimar getməz, gəlməsün,

 

Rəsmdir bu kim, əzəldən bağlıdır cananə can,

Etmə cani getməyə vadar getməz, gəlməsün,

 

Rəhm qıl, bir Növrəsü-zarə – bu qəmlər qəlbdən,

Gəl ki, getsin çün, xəyalim var getməz, gəlməsün

 

Birinci beyt Dağlı Cavidə məxsusdur.

canderyasi.com


more post like this