Həsrətlə yanar sənsiz ürəklər gəl ağam gəl
Ah-nalələrə yandı fələklər gəl ağam gəl

Məzlumların haqqı niyə zalimlərə qalsın
Gəlki boğulan məzlum ədalət nəfəs alsın
Qoy şiri xuda nərəsi hər yanda ucalsın
Kəssin səsini vəhşi köpəklər gəl ağam gəl

Xəlq etmədi səndən gözəlin Xaliqi-Aləm
Ey kamu səha, ey uzu,Kəbə ləbi zəm-zəm
Gəl seyrə çıxaq eşqi gülüstanını bahəm
Aşiq sənə gülşəndə çiçəklər gəl ağam gəl

Ey nuri-ədalət elə aləmdə təcəlla
Gəl ey günəş üzlüm bürünüb zülmətə dünya
Adətdi günəş çıxmasa kəsməz yağış əsla
Sənsiz qurumaz yaşlı bəbəklər gəl ağam gəl

Məhbusdu sevən dillər, əsarətdədi sənsiz
Aşiqlərinin qəlb evi zülmətdədi sənsiz
Eşq əhli vüsal ətrinə həsrətdədi sənsiz
Həsrət qoxuyur qəmli küləklər gəl ağam gəl

Gəl kəs üzü dönmüş fələyin cövrü-cəfasın
Gəl xəstə könüllər tapa eşqinlə şəfasın
Aşiqlərin hər sübh oxuyur fərəc duasın
Ləbbeyk deyir göydə mələklər gəl ağam gəl
******
Kərbəlayi Vüqar (Biləcərili)
http://www.muselman.ws/


more post like this