530. Ən çox həsrət çəkən insan

Quran

«Onları işin (artıq) başa çatdığı və yenidən qəflətdə və imansız olacaqları həsrət günü ilə qorxut.» [1]

«… heç kəs deməsin ki, çox təəssüf, Allahın işində səhlənkar və məsxərə edənlərdən olmuşam.»[2]

«….zalımın əllərini dişləyərək:«ey kaş, mən də peyğəmbərin getdiyi yolla gedəydim.» deyəcəyi gün…»[3]

Hədis

1615. Allahın Peyğəmbəri (s):«Qiyamət günü hamıdan çox peşman olan  öz axirətini başqasının dünyası üçün satmış kimsədir.»[4]

1616. İmam Əli (ə):«Qiyamət günü ən dərin təəssüf rəva bilinməyən (haram) yolla mal toplayıb başqasına miras qoyub gedən və varisin də həmin malı sübhan olan Allahın yolunda məsrəf etdiyinə görə Cənnətə daxil olan, özü isə Cəhənnəmə düşən kişinin təəssüfüdür.»[5]

1617. İmam Sadiq (ə) :«Qiyamət günü ən çox təəssüflənəcək insan (dünyada) ədalətdən danışan, özü isə başqaları ilə ədalətlə rəftar etməyəndir.»[6]

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Məryəm, ayə 39

[2] Zumər, ayə 56

[3] Furqan, ayə 27

[4] Kənzul-Ummal, hədis 14936

[5] Nəhcül-Bəlağə, hikmət 429

[6] Əmali-Tusi, səh.663, hədis 1386


more post like this