Ev heyvanlarını birədən necə təmizləmək olar?

İt, pişik və başqa ev heyvanlarını birədən təmizləmək üçün onları şam ağacının təzə yonqarında yatırtmaq lazımdır. Qoxunun təsirinin getməməsi və birələrin kökünün kəsilməsi üçün yonqar tez-tez dəyişilməlidir.
Tütün qaynadılmış suda vanna etmək də birələrin təmizlənməsində yaxşı nəticə verir. Belə vannalardan sonra heyvanı ilıq suda yumaq lazımdır.

Mənzilinizi milçək və ağcaqanadlardan qorumaq istəyrsinizmi?

Milçəklərlə ən əsas mübarizə vasitəsi təmizlikdir.. Yayda pəncərələrə dəmir tor bərkitmək, ya da cuna tutmaq lazımdır. Milçəklərlə mübarizədə milçəkqıran bitkisindən (muxamor – apteklərdə satılır) istifadə etmək olar. Yayda (xüsusilə bağda) hər otağa gənəgərçək bitkisi əkilmiş vaza qoymaq olar. Milçək bu qoxunu sevmir. Həmçinin pəncərə və döşəməni yuyarkən suya bir az neft də əlavə etmək lazımdır.
Ağcaqanadlar da az narahatçılıq yaratmırlar. Onların sancmasından yaranan ağrını naşatır spirti və ya soda məhlulu ilə (1 st suya yarım çay qaşığı soda) aradan aparmaq olar. Onları otağa buraxmamaq üçün qızdırılmış qaba, bir qədər kamfor tökmək lazımdır. Ağcaqanadlar onun tüstüsünə dözmürlər. Açıq havada olarkən isə ağcaqanad çoxdursa, kağıza anis yağı damcılatmaq, üzü və əlləri onunla silmək lazımdır.

Arı sancmasına qarşı vasitə

Arı sancmasına qarşı ən yaxşı vasitə adi lildir. Belə ki, arının iynəsini çıxarandan sonra sancılmış yeri (bir neçə saat ərzində) bir neçə dəfə yüngül lil məhlulu ilə islatmaq lazımdır. Bu üsulla arı sancması zamanı yaranan şişdən xilas olmaq olar.

Siçan və siçovula qarşı

2 hissə piyi əridib, ona 5-8 hissə un və 3-4 hissə bariy karbonatı əlavə edirlər. Bütün kütləni yoğurub, ondan kiçik dairələr düzəldirlər. Sonra onları siçan-siçovul olan yerlərə yerləşdirirlər. Başqa bir vasitə: 30 hissə bariy karbonatıyla arpa ununu, 1hissə şəkər ilə qarışdırıb, xəmir halına gəlincə ona su əlavə edirlər. Bundan da dairələr şəklində istifadə edilir.

Soxulcana qarşı Çin üsulu

Un və düyüdə soxulcan və taxıl bitlərinin əmələ gəlməməsi üçün onların saxlandığı kisələrə bir neçə diş təmizlənmiş sarımsaq qoyurlar. Bu zaman diqqət etmək lazımdır ki, sarımsaqlar təmizlənərkən üst qabığı zədələnməsin. Çünki bundan sarımsaq çürüyə bilər.

Taxta bitiyə qarşı vasitə

Resept 1. 4 hissə yaşıl sabun, 1 hissə skipidar, 2 hissə kerosin və 12 hisə su götürülür. Yaşıl sabunu isti suda əridib yaxşıca çalxaladıqdan sonra skipidar və ağ neft əlavə edilir.
Resept 2. Skipidar-12 hissə, ağ neft-6 hissə, denaturatlanmış spirt-3 hissə, naftalin-1 hissə.
Duru tərkibləri qarışdırıb, naftalini bu qarışıqda əridirlər.
İstifadə qaydası: taxtabiti və onun sürfələri olan yerləri isti su ilə yuyub, göstərilmiş reseptlərdən birini kiçik fırça ilə həmin yerlərə yaxırlar. Bu əməliyyat onlar yox olana qədər təkrar edilməlidir.

Tarakan əleyhinə vasitə

Toz şəklində olan 10 hissə baraksı, 5 hissə çovdar ununu, 5 hissə şəkər pudrasını 3 hissə kanifoli tozu ilə qarışdırın. Bu qarışığı gecə tarakanlar olan yerlərə səpin.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this