Hərislik
494. Hərislik
1491. İmam Əli (ə) (Hərislik nədir?-sualının cavabında) «Çoxu əldən verməklə azı əldə etmək.»[1]
1492. İmam Əli (ə): «Hərislik əbədi əziyyətdir.»[2]
1493. İmam Əli (ə): «Hərislik mərdliyə ləkə gətirər.»[3]
1494. İmam Əli (ə): «Hərislik dərdin miniyidir.»[4]
495. Həris
1495.İmam Əli (ə) – «Hansı zəlillik daha pisdir? – sualına cavab olaraq buyurur:«Dünyaya hərislik.»[5]
1496. İmam Əli (ə) :«Həris əsarətin buxovlarından heç vaxt xilas ola bilməyən çarəsiz bir əsirdir.»[6]
1497. İmam Əli (ə):«Ruzi bölünmüşdür, həris isə məhrumdur.»[7]
1498. İmam Əli (ə):«Həris bütün dünyaya malik olsa belə möhtacdır.»[8]
1499. İmam Əli (ə): «Həris olan kimsə özünü bədbəxtlik və əziyyət uçurumuna atmışdır.»[9]
1500. İmam Əli (ə): «Həris qane olmaz.»[10]
1501. İmam Əli (ə): «Hərislik ruzini artırmaz, əksinə məqamı və qədir-qiyməti yerə vurar.»[11]
1502. İmam Hüseyn (ə): «Nə iffət ruziyə mane olar, nə də hərislik ruzini artırar. Çünki ruzi bölünmüşdür və mütləq əcəldir. Hərislik etmək isə günah istəməkdir.»[12]
1503. İmam Baqir (ə): «Dünya hərisi olan kimsənin hekayəti barama (ipək) qurdunun hekayətidir. Öz üzərinə nə qədər çox ipək toxuyursa, bir o qədər onun pilədən çıxmaq imkanı azalar və nəticədə qəm-qüssədən ölər.»[13]
1504. İmam Sadiq (ə):«Əmirəl-möminin (ə) buyururdu:«Ey Adəm övladı! Əgər dünyadan, sənə kifayət etdiyi qədərini istəsən, dünyanın ən azı bir şeyi sənə bəs edər. Ancaq kifayət etdiyindən çoxunu istəsən, bütün dünya da sənə bəs etməz.»[14]
496. Hərisliyin kökü
1505. Allahın Peyğəmbəri (s):«Ey Əli! Bil ki, qorxaqlığın, simiclik və hərisliyin təbiəti birdir və onların kökü (Allaha) bədgüman olmaqdır.»[15]
1506. İmam Əli (ə):«Həqiqətən, Adəm övladı ona qadağan olunmuş şeyə hərisdir.»[16]
1507. İmam Əli (ə):«Çox hərisliyin və xəsisliyin bünövrəsi Allaha şəkk və az etimad etmək üzərində qurulmuşdur.»[17]
1508. İmam Əli (ə):«Çox hərislik gözüdoymazlıqdan və dinin zəifliyindən irəli gəlir.»[18]
Mizanul-hikmətin xülasəsi 1-ci cild
[1] Biharul-Ənvar, c.73, səh.167, hədis31
[2] Ğurərul-Hikəm, hədis 982
[3] Ğurərul-Hikəm, hədis 1107
[4] Ğurərul-Hikəm, hədis 280
[5] Əmali-Səduq, səh.322, hədis4
[6] Ğurərul-Hikəm, hədis 1370
[7] Ğurərul-Hikəm, hədis 96
[8] Ğurərul-Hikəm, hədis 1753
[9] Ğurərul-Hikəm, hədis 7723
[10] Ğurərul-Hikəm, hədis 365
[11] Ğurərul-Hikəm, hədis 1877
[12] Əlamud-Din, səh.428
[13] əl-Kafi, c.2, səh.316, hədis7
[14] əl-Kafi, səh.138, hədis6
[15] İləluş-Şəraye, səh.559, hədis1
[16] Kənzul-Ummal, hədis 44095
[17] Ğurərul-Hikəm, hədis 6195
[18] Ğurərul-Hikəm, hədis 5772