Cavab: Şəhid Mütəhhəri bu barədə buyurur: “Əmr be məruf üçün digər bir şərt qüvvədir. Yəni gücsüz şəxs əmr be məruf etməməlidir. Başqa sözlə, qüvvəni hədərə vermək olmaz. Bəziləri yanılaraq deyir: “Qüvvəm olmadığı üçün filan işi görə bilmirəm. İslamda da deyilir ki, gücün çatmayan işi görmə. Demək, bu iş mənə vacib deyil!”
Belə bir münasibətə cavab olaraq deməliyik ki, xeyr, İslam başqa söz deyir: “Get, güc qazan.” Yəni nə qədər ki gücsüzsən, bir işə əl vurma. Amma nəticə əldə etmək üçün qüvvə əldə etməlisən.”
Bu vəzifəyə görə güc qazanmaq o qədər mühümdür ki, bəzən haram iş vacib olur. Məsələn, zalım hökumətdə vəzifə sahibi olmaq haram olduğu halda, əmr be məruf üçün güc qazanmaq məqsədi ilə belə bir vəzifəni qəbul etmək olar. İmamların (ə) göstərişi ilə bəzi şəxslərin belə vəzifələri qəbul etməsi barədə tarixi faktlar var.
Bu vəzifə o qədər dəyərlidir ki, İslamın həyatı ondan asılı bildirilir. Belə mühüm bir vəzifəni yalnız təsadüfən qüvvə əldə etdikdə yerinə yetirmək rəvadırmı?![4516]
[4516] “Həmaseyi Hüseyni”, c. 1 s. 304-312. Nur-az.com


more post like this