Ey zahiri insan demə Mehdi niyə gəlmir
Ey xaneyi şeytan demə Mehdi niyə gəlmir
Üz vurma o sərdarı çağırma nə üçün
Gəlsə vuracaq boynunu biçarə danışma

Azədə müsəlmansa əgər himmətin olsun
Bu dəhridə məzlumlara bir xidmətin olsun
Sən aşiqi Mehdiysən əgər qeyrətin olsun
Qoyma xanım arayış edib şəhri dolansın
Şeytan sitəmi ərşə dolansın

Ey cahili nadan niyə qəflətdə qalırsan
İman ilə Quranı satıb zillət alirsan
Zillət şalını boynuna biçarə salirsan
Allah bizi hardan qurtara böylə əzabdan
İndi görürsən ad qalıb hifsi hicabdan

Yaxşı özünü tabeyi Quran tanıyırsan
Miqdad ilə həm Əbuzeri , Salman tanıyırsan
Çox yerdə hələ sahibi vicdan tanıyırsan
Zahirdə uzun təsbeh ilə zikri edirsən
Batində yetim malını vallahı yeyirsən

Aya xəbərin vardı necə yandı o Mövla
Əl sinədən ala pərişandı o Mövla
Vallah bu əməllərdən ürək qanı o Mövla
Boş qalsa əgər mədçidimiz dinə xətərdi
Sən vaxdı azan get gör əzizim nə xəbərdi

Zindanı bəladan qutarıb indi qaçan yox
Çox mədçidimiz var qapısın axşam açan yox
İldə iki ay orda betər həl-hələ vardı
Məhşərdi qiyamətdi yaman vəl-vələ vardı
Həm nohə və ruhani olan məsələ vardı
Çıxsa Ramazan getsə Məhərrəm yenə boşdu
Bayquş yuvası olmağı mədçid kimə xoşdu

Hökmən səni azdırdı yazıq eşqi məcazı
Bica eləmə bir belə sən razı niyazı
Vur sinə Hüseyn vay denən bir an qılma namazı
Hey səslə Hüseyin qolsuz Ələmdarına qurban
Baxma desələr dinsiz əzadarına qurban

Bica mənə irad eləmə adı Müsəlman
Bi perdəyi bi mətləbi ey xaneyi şeytan
Olsaydın əgər Kərbübəlada səni nadan
Dünyaya görə dini satanlardan olardın
Əvvəldə Heseynə daş atanlardan olardın
http://www.muselman.ws/

 


more post like this