1- İslam alimlərinin fikrincə, aləmdə yalnız bir həqiqi eşq var. O, Alllaha olan eşqdir. Digər eşqlər isə yalançı, ya qeyri həqiqi ya məcazi eşqlərdir və hətta Allahdan qeyrisində eşq sözünü işlətmək, doğru deyil. Çünki onlar eşq deyil, meyldirlər. Onların xüsusiyyətləri budur ki, insan qədər ki, onlara sahib deyil, onlara meyl və eşqi var, amma onlara gedir. Halbu ki, həqiqi eşq odur ki, ona yetişəndən sonra, nəinki azalmır, əksinə bir az da çoxalır.
2- Məcazi eşq, arifə ruhun lətif etmək üçün, kömək edir. Çünki, aşiqin həmişə diqqəti məşuqadır. Onun ürəyini ələ almağa çalışır. Onun razılığı üçün, hər şeydən əl çəkməyə hazırdır.
3- Məcazi eşq insanı bu dünyanın bağlılıqlarından azad edib və onun bütün istək və səyləri bir cəhətdə mərkəzləşir. Bu iş onun həqiqi məşuquna olan diqqətinin, digərlərinə nisbət asan olmasına səbəb olur. Çünki başqaları minlərlə istək və hədəflərdən əl çəkməlidirlər, ta həqiqi məşuqun dərgahına yetişsin.
4- Bəzilərinin ilahi eşqin birbaşa onların vücudunda şölələnməsinə istedadları yoxlarıdır. Amma məcazi eşqə düçar olub və ona yetişəndən sonra razı qalmadıqlarına görə, həqiqi eşqin olmasına diqqət edirlər. Məhəbbətə layiq təkcə varlığın və eşqlərinə layiq təkcə məşuqun, Allah olduğunu anlayırlar.
5- İslam alimləri, məcazi eşq barəsində, demək olar ki, qəti fikir bildirməyiblər. Əlbəttə arif və Sufilər ümumilikdə məcazi eşqin tərəfdarıdırlar, amma müctəhid və kəlam alimlərinin bir dəstəsi, məcazi eşqlə şiddətlə müxalifətçilik edib və onu həqiqi eşqdən bir növ yayınmaq, hətta dindən yayınmaq sayırlar. Əsasən “məşuq” sözünü Allahda işlətməyi doğru saymırlar və ümumiyyətlə sufilərin eşq barəsində olan şer əsərlərini cinsi meyllərdən ya maddi eşqlərdə məğlubiyyətdən qaynaqlandığını bilirlər.
Daha geniş cavab
Həqiqi eşq, Allahın zatına olan eşqdir. Digər eşqlər həqiqi eşq deyil, belə eşqlər əsasən eşq deyil, əksinə bunlar əslində “Şövq” (meyl)” dirlər.
Eşqlə şövqün fərqi budur ki, şövq insanın onda olmayan və onu axtardığı şeyə olan meylidir. Amma elə ki, ona yetişdi, bir müddətdən sonra, öz vüsalındansayılır. Bu bütün şövqlərin xüsusiyyətidir.
Amma eşq odur ki, həm vüsaldan qabaq və həm də vüsaldan sonra, nəinki, ona yetişməyindən doymur və soyumur, əksinə hər an meyli daha çoxalır və sönmək və ölməyi yoxdur. Bu eşq Allahın zatına məxsusdur. Əks halda, ondan qeyrisində, insan elə ki, öz vüsalına yetişdi, bir müddətdən sonra, o şeyin o qədər məhəbbətə heç bir ləyaqəti olmayıbdır, hətta bəzən insan, öz nadanlığına gülür, ki, niyə o qiymətsiz şeyə bu qədər bağlı olubdur.
Deməli, həqiqi və əsli eşq, yalnızAllaha olan eşqdir. Amma, bəzi ariflərin ilahi eşqə yetişməyin yolunu, məcazi eşq ya Allahdan qeyrisinə olan eşq bilmələrinin, izah və yozumu var.
İbn Sina, işarət kitabının doqquzuncu fəslində, irfanın məqamları barəsində bəhs edərkən, deyir: “Muridin riyazətə (nəfsi saflaşdırıb, yaxşı axlaqı əldə etmək üçün, bəzi çətinliklərə dözmək və ibadət və düşünmək üçün bir güşəyə çəkilmək) ehtiyacı var. Riyazətin üç hədəfi var: 1. Qeyri haqqı, haqdan uzaqlaşdırmaq. 2. Əmarə nəfsi özünə tabe etmək. 3. Agahlıq üçün daxili lətif etmək.
Sonra buyurur:Üçüncü hədəfə, iki iş kömək edir.
Biri: Saf və ləyaqətli düşüncə və təfəkkür. O birisi: Pak eşq ki, məşuqun xüsusiyyətləri onda hakim olsam, nəinki, şəhvət sultan olsun.
Deməli ibn Sinanın kəlamında, bəlkə məcazi eşqə ilk işarələr, körpü və Allaha olan eşqə yol qoymaq adıyla, irfanın yuxarı dərəcələrinə yetişmək üçün, bu yolun müridləri üçün, mövcuddur.
İmam Fəxr razi, İbn Sinanın kəlamını şərh edərkən, deyir:
“Eşqin batini lətafətçiliyində təsirinin olması, o cəhətdəndir ki, belə bir aşiq, həmişə məşuqun halətlərini, onun hərəkət və sükunət, hazır və qalib, qəzəb və sevinc cəhətdən diqqətdə saxlayır. Daimi olaraq aşiqin zehni məşuqun sözlərini izləməyə və işlərini tədqiq etməyə diqqətlidir. Bu yolla batinin lətifliyinə yetişir. Ona görə nəql ediblər ki, Məcnunu yuxuda görüb, ona dedilər: “Allah sənə nə etdi? Dedi: “Allah məni, özünün məhəbbəti iddiasında olanlara höccət etdi.”
Xacə Nəsrəddin Tusi də ibn Sinanın kəlamının bu hissəsinin şəthində deyir:
“Məcazi eşq, insanın qrəyinə, yumşaqlıq, lətiflik və incəlik bağışlayır. İnsanı bu dünyanın meyl və bağlılıqlarından azad edib və onu məşuqu olmayan hər kəs və hər şeydən üz döndərməyə və bütün arzu, istək və meyillərinin bir nöqtə də olmasına məcbur edir. Bu iş, onun həqiqi məşuqa olan diqqətinin, digərlərinə nisbət daha asan olmasına səbəb olur. Digərləri isə minlərlə arzu, istək və meyllərdən əl çəkməlidirlər, amma o hamısından əl şəkib, yalnız birindən ürəyini ayırmalıdır, ta o ürəyi həqiqi məşuqun dərgahına aparıb və o məhəbbəti həqiqi məşuqa yönəltsin.”
Deməli, məcazi eşq bir vəsilədir. Hansı ki, arifin işinin başlanğıcında, ona mənəvi seyr və diqqətin hasil olmasında kömək edir. Amma bu köməkliyin necəliyi, İmam Fəxri razinin nəzərindən, daha çox aşiqin məşuqa olan diqqətinə yönəlir və bu diqqət batinin lətafətlənməsinə səbəb olur. Xacə Nəsrəddinin nəzərindən buna görədir ki, eşq müxtəlif istək və bağlılıqlardan ürəyi ayırmağa səbəb olur, belə ki, həqiqi və əsl məşuqa diqqət daha asan olur. Hər halda, əsl məşuqa diqqət etməyə şərait olur.
Bəlkə belə demək olar ki, “məcaz həqiqət körpüsüdür”. Cümləsi ona görədir ki, insanların mənəvi təkamülə yetişmək üçün olan istedadları fərqlidir. Hər kəsi, ilahi eşq olan həqiqi eşqə birbaşa, yönəltmək olmaz. Ona görə də, məcazi eşq, arifi tora salıb, onu seyrə suluktan saxlayan müxtəlif işlərdən ayırmaq və onu mənəvi yola atmaq üçün açıqlanır. Necə ki, Eynül- quzat Həmədani deyir:
“Ey əziz, Leylinin camalını bir dənə hesab etki, ətəyinə qoyub, nə bilirsən ki, tələ nədir? əzəli ovçu, elə ki, istədi, Məcnunun zatindan, öz eşqi üçün minik düzəltmək istədi, onun əzəli eşqin camalının tələsinə düşməyə qabiliyyəti olmadı. O ki, onun nurunun saçmasından həlak oldun, Leylinin eşqini bir neçə zatdan minik düzəltməyi buyurdular, ta Leylinin eşqində yansın, bu zaman Allah eşqini daşımağı qəbul edə biləcək”.
Məcazi eşq barəsində islam alimlərinin nəzəri?
Arif və filosofların sözlərində, ümumilikdə məcazi eşqlə müxalifətçilik gözə dəymir, əksinə gördüyünüz kimi, onu həqiqi eşqə yetişmək üçün bir körpü bildirirlər.
İslam alimlərinin çoxu, bu barədə, inkar və isbat etmədən bir söz deməyiblər.
Amma fəqih və kəlam alimlərinin bir dəstəsinin bu barədə müxalif nəzəri varlarıdır. Onlar məcazi eçqi, həqiqi eşqə nisbət dini qaydaları pozma və Allah və mənəviyyatdan uzaqlaşmağa səbəb bilirlər. belə eşqləri Sufilərin qoyduğu bidət bildirirlər. Ya da eşq kəlməsini Allah məhəbbəti və mənəviyyata əlaqə barəsində cayiz bilmirlər. Məşuq kəlməsini Allahda işlətməyi bəyənmirlər və pisləyirlər.
Necə ki, bir dəstə, ümumiyyətlə, Sufi və onların aşiqanə şerləri barəsində yaxşı nəzərləri yoxdur. O nəzmə çəkilmiş əsərləri, cinsi meyllər və ya maddi eşqdə məğlubiyyətin nəticəsi bilirlər.


more post like this