Hənnanə məscidi məşhur bir məkandır və Nəcəfin şimal tərəfində yerləşir.Məscidin yanında “Əs-səviyyə”adlanan bir yer var ki,Əli (ə)-ın ən yaxın dostları orada dəfn olunmuşdur.

Hənnanə məscidi Nəcəfə daha yaxın olmaqla Nəcəf-Kufə yolunda,şəhərdəki dini elmlər akademiyasının qarşı tərəfində yerləşir.Əli ibn Əbu Talib (ə)-ın pak cənazəsi bu məscidə gətiriləndə məscidin bütün divar-qapıları nalə çəkdilər
Nəcəf, Kərbəla | Baxış: 105 | Tarix: 2013.08.14
Nəcəf , Əmirəlmöminin Əlinin (ə) pak məzarı

Nəcəf şəhəri İraqda Kufədən 10 km qərbdə yerləşir. Əli ibn Əbutalib Kufə ətrafında, bu şəhəri Fərat çayının daşqınlarından qoruyan bəndin yaxınlığında dəfn edilmişdir. Sonralar bu yerdə Nəcəf (ərəbcə “təpə” deməkdir) şəhəri meydana gəlmişdir.
Nəcəf şiələrin müqəddəs şəhərlərindəndir. Şəhərdə məşhur müctəhidlərin tədris etdiyi elm mərkəzləri var.

Kərbəla, İmam Hüseynin (ə) pak məzarı

Kərbəla şəhəri 10 oktyabr 680-ci ildə İslam Peyğəmbərinin (s) əziz nəvəsi İmam Hüseynin (ə) qətlə yetirildiyi məntəqədə salınıb. Məhəmməd peyğənbərin (s) qızı Fatimə (s.ə) və Əli bin Əbu Talibin oğlu Hüseynin (ə) zalım Yesidə beyət etmədiyi üçün qətlə yetirildiyi Aşura günü İslam tarixində xüsusi əhəmiyyətə malikdir.
I Müaviyə hakimiyyətdə olduğu müddətdə özündən sonra oğlu I Yezidin xəlifə təyin olunması calışırdı. Tərəfdarlarına özündən sonra oğluna itaət etmələri barədə göstərişlər verirdi. 680-cı ildə I Müaviyənin vəfatından sonra I Yezid xəlifə təyin olundu. I Yezid xəlifə təyin olunan kimi Mədinə şəhərinin valisinə məktub göndərdi. Məktubda Yezid şəhər valisinin İmam Hüseynə deyil, ona tabe olmasını tələb edirdi. Əks halda, valinin öldürməklə hədələyirdi. Vəziyyətin gərgin olduğu bu dövrdə İmam Hüseyn (ə) Kufə və Mədinə əhalisindən onu dəstəklədilərini bildirən məktublar alırdı. İmam Hüseyn (ə) öz ardıcılları və ailəsi ilə Kufə istiqamətində yola çıxır. Kərbəlada tərəflər arasında yaşanan döyüşdə İmam Hüseyn (ə) daxil olmaqla 72 nəfər şəhid edilir.

Redaktor: Nəcəf
Nəcəfdəki Vadis-Səlam qəbirstanlığı | Baxış: 18 | Tarix: 2013.07.07

 

Nəcəfdəki Vadis-Səlam qəbirstanlığı

“Biharul-ənvar” və “İrşadul-qulub” kitablarında yazılır ki,Əli (ə) Kufənin arxa tərəfinə (Nəcəfə) baxıb dedi : “O,torpağın xüsusiyyəti budur ki,qəbirlər ölüləri sıxmaz,qəbir sorğu-sualından amanda olarlar.”

Başqa bir rəvayətdə deyilir ki,Əli (ə) Kufənin arxa tərəfinə – Vadis-Səlama baxıb dedi : “Səni görmək çox xoşdur.”

“Cəvahir” kitabının müəlifi yazır : “Ustadlarımdan biri Miqdad (r.ə)-dən belə nəql edir ki,xeyli sayda hədis varid olub ki,imamların şərəfli qübbələrində dəfn olunmaq qəbir sorğu-sualını və əzabını uzaqlaşdırar.”

Rəvayət edilib ki,Həzrət Adəm (ə) və Həzrət Nuh (ə) kimi peyğəmbərlərin sümükləri Vadis-Səlama köçürülmüşdür.Həmçinin,Həzrət Hud (ə) və Həzrət Saleh (ə)-da Vadis-Səlamda dəfn edilmiş,orada ziyarətgahları mövcuddur.

Rəvayətlərdən anlaşılır ki,Vadis-Səlamda basdırılan hər bir möminin ruhu digər pak ruhlara qovuşar.Vadis-Səlam qəbirstanlığı Əli (ə)-ın ziyarətgahından azca aralı yerləşir ki,bu da onun əzəmət və müqəddəsliyini artırır.

ziyaret.az


more post like this