1. Nasibi şəxsin ən sadə tərifi belədir:

“Əli (ələyhis-səlam) və həzrət Peyğəmbərin (s) Əhli-beyti (ələyhimus-səlam) ilə düşmənçilik edib, onlara lənət edən və söyüş söyən şəxs”.

Müasir dövürdə bu vaxta qədər Fələstinlilər tərəfindən bu cür hallar qeydə alınmamışdır.

2. Qeyd olunduğu kimi bu şübhə çox qədim və köhnəlmiş bir şübhədir. Və bu dövürdə bu şübhə haqqında mübahisə etməyə dəyməz.

Şəhid Mürtəza Mütəhhəri 1349–cu hicri-şəmsi ilində konfranslarının birində bu şübhəyə belə cavab vermişdir:

“Bir dəfə bir nəfərin belə dediyini eşitdim: … bu fələstinlilər nasibidirlər… sünnü müsəlmandır, amma nasibi kafir və murdardır. Biz nasibilərlə müsəlmanlarla davrandığımız kimi davrana bilmərik… İndi biri çıxıb deyir bu fələstinlilər nasibidir. Başqa birisi eşidir digərinə deyir və bu minvalla bu söz camaatın arasında gəzir və bir fikir kimi formalaşır və camaatın arasında daim təkrar edirlər və deyirlər ki, əgər nasibidirlərsə kafir və yəhudi kimidirlər…

Amma heç vaxt bu cür şübhələrin yəhudilər tərəfindən müsəlmanlar arasına ayrılıq və ixtilaf salmaq üçün düzəldilib, yayıldığını fikirləşmirlər. Yəhudilər hər yerdə buna oxşar söz və fikirlər quraşdıraraq müsəlmanların qəlbində fələstinlilərə qarşı nifrət oyatmaq və onları təkləmək istəyirlər. Bilirlər ki, İran İslam Respublikası və ona oxşar ölkəkərin əhalisi şiədirlər və Əlini (ə) və Əhli-beyti (ə) sevirlər və Əlinin və Əhli-beytin (ə) düşmənlərini kafir sayırlar. Buna görə də fürsətdən istifadə edib, düşmənçilik közünü alovlandırmaq üçün bu cür fikirləri müsəlmanlar, xüsusilədə şiələr arasında şayiə edirlər ki, şiələr fələstinlilərlə həmdərdlik etməsinlər.

Mən bir dəfə həcc ziyarətinə getmişdim. Orada çoxlu fələstinlilərlə görüşdüm. Onlardan biri mənim yanıma gəlib dedi: Həccin məsələrlərindən filan məsələnin hökmü nədir? (Mənim üzümdə təəccüb ifadəsini görüb) Sonra dedi: Mən şiəyəm. Amma bu dostlarım sünnüdürlər.

Bununla da onların arasında həm şiə və həm də sünni olması məlum oldu. Sonra onlarla söhbətimdə onlar özləri də bunu təsdiqlədilər ki, aralarında həm sünni və həm də şiə vardır. “Leyla Xalid” -fələstinli mübariz- şiədir. O özü bunu Misirdə olan konfranslarında dəfələrlə şəxsən etiraf etmişdir.

Amma yəhudilər bir dəstə adamları pulla muzdur tutaraq bu cür boş şayiələri yaymaqla müsəlmanların arasına çaxnaşma salmaq istəyilər”.

Ustad şəhid Mütəhhərinin sözlərində diqqət edib, fikirləşsək, ziyalı bir alimlə, avamfikirli, səthi düşünən və düşüncəsiz insanların fərqi ortaya çıxacaqdır.

Ustadın bu düşüncəsinin canlı dəlili İsrail radiosunun əməkdaşının, Amerika radiosuna fars dilində verdiyi müsahibədir. Bu musahibədə İsrail tərəfi belə deyir: “İran İmam Hüseynin (ə) qatillərinə ürək yandırır və onlara kömək edir!”

3. Bu tamamilə Peyğəmbərin (s) böyük sahəbələrindən olan Əbu Zərrin sözünə oxşayır ki, Kəbul Əhbarın (guya müəlmanlığı qəbul etmiş yəhudi) səhv və təhrifedici təfsirlərini görüb ona etiraz edərək dedi: “Ey yəhudi balası! Sənə nə düşüb ki, İslami hökmlərin barəsində nəzər verirsən? Sən İslam və İslam hökmlərini bizə öyrədirsən?

Yaxud da İmam Xomeynin sözünə bənzəyir ki, buyurdu:

“Cənab Karter (Amerikanın eks prezidenti) indi də İslamşünas olmuşdur!”

4. Fələstinlilərin çoxu “Şafei” məzhəbinin davamçılarıdırlar. Maraqlı burasıdır ki, Əbu Əbdullah Məhəmməd bin İdris Şafei, bu məzhəbin imamı da “Qəzzə”də anadan olmuşdur. Əhli-sünnətin dörd məzhəbinin arasında, Əhli-beyti (ə) sevmək baxımından şiələrə ən yaxın məzhəb, Şafei məzhəbidir. Şafei Əhli-beyti (ə), xüsusilə də İmam Əlini (ə) və İmam Hüseyni (ə) sevməkdə məşhurdur. Şafeilər də məzhəb başçısının yolunu gedərək Əhli-beyti (ə) sevir və hətta onların qəbrilərinin ziyarətinə də gedirlər.

Şafei öz şeirlərinin birində belə deyir:

Ey Rəsulullahın (s) Əhli-beyti (ə)! Sizin sevginiz
Allah tərəfindən vacib və Quranda nazildir
Sizin əzəmətinizidə bu bəs edər ki,
Sizə salavat deməyənin namazı yoxdur

O başqa bir şerində belə deyir:

Əgər Əli (ə) özünü camaata tanıtdırsa idi
Bütün camaat ona səcdə edərdi
Şafei ölür, amma bilmir ki,
Onun Rəbbi Allahdır ya Əli?

Şafeinin əhli-beytə sevgisinin çoxluğundan əhli-sünnətin bəziləri onu şiə adlandırmışlar. O buna görə Bağdadda mühakimə də olunmuşdu. Onun etiqadına görə insan Əhli-beytə (ə) qarşı sevgisini aşkar etməli və Əhli-beyti və Fatimə (s.ə.) övladlarını sevmək rafizilik deyildir.

5. Son illərdə fələstinlilər arasında şiəliyə yönəlmələr çoxalmışdır. Fəlsətinin İslam hərəkatı başçılarının verdikləri məlumatlara görə, indi onların arasında ən azı 10000 min nəfər yerli fələstinli şiə var.

6. İsrailin Qəzzəyə son hücumlarında, şəhərin “Əzzeytun” məhəlləsində “İmam Əli ibn Əbi Talib (ə)” adına bir məscid helikopterlər vasitəsilə bombalanıb, viran edilmişdir.

Fələstindəki bəzi məscid adları:
İmam Əli (ə) məscidi – Kəranə əl-baxtəri
Fatimətuz-Zəhra (s.ə.) məscidi – Nablus, Qəryətu Ərtah, Tulkərim
Hüseyn ibn Əli (ə) məscidi – Şəhru-xəlil, Həyyus-səbrə

Fələstinlilərə bu böhtanları vuranların bu suala cavabı nədir:

“Görəsən insan öz ibadət ocağını sevmədiyi və hətta lənətlədiyi insanların adı ilə adlandırarmı?

7. Bu barədə internetdə yayılan xəbərlərə gəldikdə isə (guya Həmasın başçılarından biri Əl-cəzirə kanalı ilə müsahibədə deyib ki, biz israilə qalib gələcəyik, yezidin Hüseynə (ə) qələbə çaldığı kimi???), deməliyik bu xəbəri yayanların buna heç bir dəlili yoxdur.

Çünki, onlar buna şahid gətirmək üçün nə o başçının adın deyiblər, nə səsini, nə də video lentini göstərə biliblər!??

Həmçinin bu xəbər Həmasın başçıları tərəfindən təkzib edilib və bunun düşmənlərin şayiəsi olduğunu bildiriblər.

8. Əgər fələstinlilərin nasibi olduğunu fərz etsək də belə, yenə də İslam dini bizə bu işdən sevinməyə icazə vermir.

a) Qurani-kərim buyurur:
Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır! (maidə surəsi, ayə:8).

b) İmam Əli (ə) buyurur: “Məzlumun köməyi və zalımın düşməni olun”.

O həzrət məzlumun mütləq şiə və ya müsəlman olmasını buyurmamışdır.

O həzrət (ə) başqa bir hədisdə buyurur: “Rəiyyəti sevməyi özünə peşə et. Onlara qarşı yırtıcı heyvan kimi davranaraq, onları yeməyi qənimət bilmə! Çünki onlar iki dəstədirlər: ya səninlə bir dindəndirlər, ya da sənin kimi insandırlar”.

Fələstinli məzlumlar bizmlə bir dində olmasaydılar belə, yenə də bizim kimi insan olmalarında heç bir şübhə olmayacaqdı!

Mənbə:
1. Aşnayi ba quran, şəhid Mütəhhəri, 4/32.
2. Məcəlleyi bəsair, 7-ci sayı.
3. Nəhcül-bəlağə, xütbə:27
4. Nəhcül-bəlağə, məktub: 47, 53.

Hazırladı: Mirməhəmməd Bəşirov.

islammektebi.org


more post like this