Sual 52: Hamiləliyin qarşısını almağın hökmü nədir?
Cavab: Bu işin mühüm zərəri olmazsa, kişi və qadın daimi olaraq sonsuzluğa düçar olmazsa, caizdir. Amma hamiləliyin qarşısını alarkən qeyri-şər’i qaydada baxış və toxunma lazım gələrsə, yalnız fərdi və ictimai zərurət olduqda caiz sayılır.
Sual 53: Abort caiz sayılırmı?
Cavab: Ana üçün ciddi təhlükə yarandıqda bu təhlükənin qarşısını almaq üçün ilkin mərhələdə abort olar.
Sual 54: Cinsiyyəti dəyişmək olarmı?
Cavab: Cinsiyyətin dəyişilməsi prinsipcə qadağan deyil. Amma bu işdə şər’i ölçülərə əməl edilməli, qeyri-şəri baxış və toxunmaya yol verilməməlidir. Bu iş zərurət həddində mümkündür.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this