Həzrət Peyğəmbərin (s) və məsum imamların kəlamlarında dünyanı ədalətlə bərpa edən bir şəxsin-Mehdinin gəlişi xəbər verilib. İslam dinində bu inancdan xəbərdar olan bəzi fürsətələb şəxslər Mehdi iddiası edərək xalqı aldatmağa çalışmışlar. Məsələn, babilik məzhəbinin banisi eyni iddianı edərək cahil adamları ətrafına toplayaraq uyğun məzhəbi yarada bilmişdi.
Bir məsələyə diqqət edilməlidir ki, heç vaxt batil əqidə aşkarcasına batilliyini ortaya qoymur, camaatın rəğbətini qazanmaq naminə haqq donuna girməyə çalışır, Allahdan, həqiqətdən, dindarlıqdan dəm vururlar. Ona görə də mehdilik iddiası edən şəxs də özünü İmam Zamana oxşatmağa çalışıb bəzi müsbət addımlar ata bilər. Yəni kiminsə bir neçə yaxı əməli insanları aldatmamalıdır.
Lakin sabiq Sovet ittifaqı, BMT, NATO və sair beynəlxalq təşkilatlar qlobal iddialar etsələr də onların ədalətsizliyi, müəyyən dairələrə qulluq etmələri hamıya bəllidir.
Hə bir haldqa İmam Zaman (ə) digər şəxs və təşkilatlarla səhv salınmamalıdır. NUR-AZ.COM


more post like this