Dahi Azərbaycan şairi Füzulinin “Hədisi-ərbəin” tərcümə əsəri

1

Mö’min olmaz kişi, həqiqət ilə

Tutmayınca təriqi-tərki-həva.

Hər nə öz nəfsinə rəva görsə,

Yarü qardaşa görməyincə rəva.

2

Rəhm qıl, rəhm xəlqə kim, Həqdən

Bulasan aqibət cəzayi-əməl.

Xəlqə sən rəhm qılmayınca, sana

Rəhm qümaz Xudayi-əzzə və cəll.

3

Müslim oldur ki, əhli-aləm ilə

Sidq ola qövli, xeyr ola əməli,

Zərərin görməyə müsəlmanlar,

Ola pakizə həm dili, həm əli.

4

Qıl kərəm, xuyini yaman etmə

Ki, sənə demək ola mö’mini-pak.

Olmaz, əlbəttə, əhli-imanda

Müctəme’ xuyi-ziştlə imsak.

5

Sübhdür fatehi-xəzaneyi-rizq,

Talibi-xabi-subhdur məzmum.

Sübh vəqtində xabə rağib olan

Vüs’ətı-rizqdən olur məhrum.

6

Adəm oğlun zəmanə pir qılıb,

Zə’fə etdikcə qüvvətini bədəl,

İki xislət igitlənir onda:

Hər zaman hirsi-malü tuli-əməl.

7

Mustəfa qövlü ilə məl’undur

Dünyəvü hər nə onda var tamam.

Tanrı zikrindən Özgə kim, oldur

Səbəbi-izzi-xasü ne’məti-am.

8

Zinhar olma əhli-aləm ilə

Münqəzib təb’ili, yaman sözlü,

Tanrı ol bəndəsin sevər ki, müdam

Ola xoş xülqlü, gülər üzlü.

9

Ey qılan arizuyi-vüs’əti-rizq,

Xübsdən çək həmişə damanın!

Müttəsil daməni-təharət tut

Ki, qoya fəqr əli giribanın.

10

Xeyr görmək dilərsən, eylə müdam

Xubsurətlərə bəyani-sual.

Rağibi-hüsni-surət ol ki, olur

Hüsni-surət dəlili-hüsni-xisal.

11

Tutma hərgiz vəfasına ümmid,

Sənə hər kim cəfa işin işlər.

Mö’mini sanma kim, iki növbət

Bir dəlikdən çıxıb ilan dişlər.

12

Olsa əbri-ətayi-sübhani

Cümleyi-kainatə gövhərbar,

Ola məhrum bəndeyi-dirhəm,

Ola mə’yus abidi-dinar.

13

Hər kim istər həyati-qəlb müdam,

Dəmbədəm hərzə-hərzə çox gülməz.

Qəlbə qət’i-həyatdır gülmək,

Qəlbi çox gülməyənlərin ölməz.

14

Analar hörmətin tutun ki, müdam

Qabili-rəhməti-ilah olasız.

İstək onlar əyağı altında,

Gər dilərsiz ki, cənnəti bulasız.

15

Ey ki, hər məclis içrə məhrəmsən,

Səndə məclis sözü əmanətdir.

Etmə ifşayi-razi-hər məclis

Ki, bu siyrət böyük xəyanətdir.

288

16

Ey xoş ol kim, həmişə feyzi-xirəd

Qıla islahi-nəfsə mayil onu,

Kəndi eybinə iştiğal etmək

Qeyr eybindən edə qafil onu.

17

Məşvərətdə səni əmin edənə

Rəhnümayi-səvab qıl sözünü.

Saxlama məsləhət sözün ondan,

Xain etmə əmin ikən özünü.

18

Bəzl qıl mayeyi-mədaxilini,

Sud isə mayedən sənə məqsud.

Qürbi-Həq hasil eylə, zikri-cəmil

Ki, bulunmaz bulardan ənfə’ sud.

19

Ol degildir qəni ki, yetmiş ola

Mal ilə bir məqami-e’laya.

Qəni oldur ki, mütləqa nəfsi

İltifat etməyə bu dünyaya.

20

Gər diiərsən səvab, qılğıl dur

Güli-ehsanı xari-minnətdən.

Feyzi-ehsam minnət eylər məhv,

Saxla ol hasili bu afətdən.

21

Mali-dünyaya meyl qilma kim, ol

Qabili-nəqs olan bizaətdir.

Adəmizadəyə tükənməz mal

Nəqdi-gəncineyi-qənaətdir.

22

Ol təvangər degil ki, nəqşi-təmə’

Səfheyi-qəlbinə müsəvvər olur.

Qeyr olanda olan təcəmmüldən

Kəsən ümmidini təvangər olur.

23

Edə gör ehtiraz çox sözdən

Kim, olur çox sözün bəlaları çox.

Çox sözündən düşər bəlaya kişi,

Çox sözün çox bəlasına söz yox.

24

Ol səadətlidir ki, dünya üçün

Hirsdən boynuna buraxmaya bənd.

Görmədən möhnəti-zəmanə hənuz,

Ala bir qeyr möhnətindən pənd.

25

Sənə bər kim yetirsə bir ehsan,

Qıl onun şükri-ne’mətin hər dəm.

Şükri-məxluqa olmayan qadir

Qılmaz, əlbəttə, şükri-Xaliq həm.

26

Ey olan vaqifl-dəqaiqi-din,

Etmə hisni-cəsəddə həbsi-ülum.

Müstəiddinə olmağıl mane’,

Müstəhəqqini etməgil məhrum.

27

Cəhdin olduqca xəlqə nəf yetir,

Xəlqi et iltifatinə məmnun.

Əhsəni-xəlqi-aləm oldur kim,

Xülqdən xəlqə ola nəf ‘i füzun.

28

Gər dilərsoıı inayəti-Həqdən

Şəm’i-islaminə ziyad ola nur,

Demə bir söz ki, ola qeyri-müfid,

Tutma bir iş ki, ola qeyri-zərur.

29

Necə vaizdən iltimas edəsən

Ki, verə pəndi-sudmənd sana,

Mövti-əhbabü inqilabi-zaman

Dəmbədəm bəs degilmi pənd sana?

30

Ey ki, yox istitaətin mütləq

Sədəqə verməgə bir əhli-Həqə!

Yaxşı söz tərkin etmə kim, olmaz

Yaxşı sözdən səvabı çox sədəqə.

31

Kişiyə ol günah yetər ki, dili

Şö’leyi-şərr olub zəbanə çəkər.

Sədəfi-səm’inə düşən gühəri

Çıxarıb rişteyi-bəyanə çəkər.

32

Həzm oldur ki, xəlqi-aləm ilə

Hər əməldə gümanım ola yaman.

Ola əhli-fəsad məkrindən

Hafizin hisni-ehtiyatü güman.

33

Dustlardan həmişə xoş görünür

Bir-birin hədyə ilə etmək yad.

Hədyə irsalı bir müamilədir

Ki, məhəbbət olur onunla ziyad.

291

34

Açma göz məhrəm olmayan üzünə

Ki, bu sövdada hasil olmaz sud.

Bil ki, İblisin oxlanndandır,

Hər nəzər bir xədəngi-zəhralud!

35

Gah-gah et ziyarəti-əhbab,

Nifrət olmaqdan ehtiyat eylə.

Dustluq gər dilərsən ola ziyad,

Tərki-ifrati-ixtilat eylə.

36

Gər tutarsan təriqi-əhli-vəfa,

Peşə et və’dəyə vəfa qılmaq.

Qərzdir və’də etdigin nəsnə,

Fərzdir qərzini eda qılmaq.

37

Pəhlivan ol degil ki, hər saət

Yıxa bir pəhlivanı qüvvət ilən.

Oldurur pəhlivan ki, vəqti-qəzəb

Nəfsinə hökm edə ihanət ilən.

38

Deynə çox rağib olma kim, ondan

Dinə bir ziştlik mülazim olur.

Olmadıqda ədaya bir qüdrət,

Hiyəlü küfrü kizb lazim olur.

39

Kamil olmaq dilərsən imanın,

Qıl təmənnayi-nəfsdən ikrah.

Büğzü hübbü ətavü mən’dən et

Müqtədayi-əməl, rizayi-ilah.

40

Mö’min oldur ki, mümkün olduqca.

Qonşusun qeyrə etməyə möhtac.

Ol degil kim, hüzurilə gecələr

Özü tox yata, qonşusu yata ac.

* * *

Əsəri-ərbəini-əhli-süluk

Qürbi-Həqq rütbəsin qılır hasil.

Umarız kim, Füzuliyi-miskin

Ola bu ərbəin ilə vasil.

sibtayn.com


more post like this