islamic mənbələri

    1. home

    2. article

    3. Hədis

    Hədis

    Hədis
    Rate this post

    456. Hədis

    1415. Allahın Peyğəmbəri (s):«Ümmətimə sünnənin bərpa olunması və bidətin çat verib dağılmasına səbəb olan hədis söyləyən kəsə Cənnət nəsib olar.»[1]

    1416. İmam Baqir (ə):«Həqiqətən, bizim hədis və kəlamlarımız qəlbləri dirildər»[2]

    1417. İmam Baqir (ə):«Doğru danışan şəxsdən bir hədis öyrənməyin, sənin üçün bütün dünyadan yaxşıdır.»[3]

    1418. İmam Sadiq (ə):«Xalqın bizim (Əhli-Beytin) yanımızda olan məqam və yerini bizdən rəvayət etdikləri hədislərin qədərindən bilin.»[4]

     

    457. Mühəddis (Hədis nəql edən)

    1419. «Əmali Səduq»:«Peyğəmbər (s) üç dəfə buyurdu:«Ey Allahım! Mənim canişinlərimi bağışla!» Ərz etdilər:«Ey Allahın Rəsulu! Sənin canişinlərin kimlərdir?» Buyurdu:«Onlar, mənim hədis və sünnəmi təbliğ edənlər, onları mənim ümmətimə öyrədənlərdir.» [5]

    1420. İmam Sadiq (ə):«Hədis rəvayət edən və dində fəqih, məlumatlı olan şəxs dindən agah olmayan və hədis söyləməyən min abiddən yaxşıdır.»[6]

     

    458. Qırx hədis əzbərləyənin savabı

    1421. Allahın Peyğəmbəri (s):«Ümmətimin dini üçün faydalı olan qırx hədis əzbərləyən şəxs Allah-taala Qiyamət günü qəbirdən fəgih və alim kimi qaldırar» [7]

     

    459. Hədisi dərk etmək

    1422. İmam Əli (ə):«Sizə hədisi dərk etməyi tövsiyə edirəm, rəvayət etməyi yox!» [8]

    1423. İmam Əli (ə):«Ağılsızların məqsədi (rəvayəti) nəql etmək, alimlərin məqsədi isə onu dərk etməkdir.» [9]

    1424. İmam Sadiq (ə):«Sənin bir hədisi dərk etməyin, min hədisi (dərk etmədən) nəql etməyindən yaxşıdır»[10]

     

    460. Allahın Peyğəmbəri (s) barədə yalan söyləməkdən çəkindirmək

    1425. Allahın Peyğəmbəri (s):«Mənim barəmdə bilərəkdən yalan danışanın yeri oddur.»[11]

    1426. Allahın Peyğəmbəri (s):«Kimsənin demədiyim sözü mənim adıma çıxması ən böyük günahlardandır.» [12]

     

    461. Yalan olması məlum olmayan sözü sanmaqdan çəkindirmək

    1427. Allahın peyğəmbəri (s):«Məndən bir hədis eşidib onu inkar edən şəxsdən Qiyamət günü haqqımı tələb edəcəyəm. Buna görə, mənim barəmdə mənasını bilmədiyiniz bir hədis eşitdiyiniz zaman deyin:«Allah daha yaxşı bilir.» [13]

     

    462. Hədisin doğruluğu və Qur’anla uyğunluğu

    1428. Allahın Peyğəmbəri (s):«Mənim hədisimi Allahın kitabı ilə tutuşdurun. Əgər ona uyğun olarsa, həmin hədis məndəndir və onu mən söyləmişəm.»[14]

    1429. İmam Sadiq (ə):«Qur‘ana uyğun olmayan hər bir hədis batildir.»[15]

     

    463. Hədisin doğruluğu fitrətə uyğunluğu.

    1430. İmam Baqir (ə):«Əgər Ali Məhəmməddən (Allahın salamı onlara olsun) sizə bir hədis çatan zaman qəlbləriniz yumşalarsa və ona qarşı doğmalıq hissi keçirərsinizsə, həmin hədisi qəbul edin. Əgər hədis qəlblərinizi hürkütsə və könlünüzə yad olsa, onu Allaha, peyğəmbərə və Məhəmməd (ə) nəslindən olan bir alimə tapşırın.»[16]

     

    464. Hədisin doğruluğu və haqqa uyğunluğu

    1431. Allahın Peyğəmbəri (s):«Məndən sizə çatan hər bir hədis, əgər haqqa uyğun olarsa, onu mən demişəm və əgər haqqa uyğun gəlməsə, onu mən deməmişəm. Çünki, mən heç vaxt haqqdan qeyri bir söz danışmıram.»[17]

     

     

    465. Hədisin mənasını nəql etməyin caiz olması

    1432. Allahın Peyğəmbəri (s):«Mənasını düzgün çatdırırsa hədisin sözlərinin yerini dəyişməyin eybi yoxdur.»[18]

    1433. Məhəmməd ibn Müslim:«İmam Sadiqə (ə) ərz etdim:«Sizdən bir hədis eşidirəm və onu (sözlərini) azaldır və artırıram.» Həzrət (ə) buyurdu:«Mənasını (doğru) çatdırdığın halda, eybi yoxdur.»[19]

    466. Hədisin nəqlində nəyə riayət olnumalıdır

    1434. Allahın Peyğəmbəri (s):«Ümmətimə, mənim hədislərimdən yalnız onların idrakı qəbul edə bildiyini söyləyin.» [20]

    1435. İmam Əli (ə):«İstəyirsizmi ki, Allah və Onun peyğəmbəri yalançı sayılmasın?!» Onda camaatın başa düşdüyü hədisləri söyləyin və onlara dərk edə  bilmədikləri, inkar etdikləri şeyləri söyləməkdən çəkinin. (Əks halda, hədisi inkar edəcəklər və onun inkarı Allahı, peyğəmbəri və imamı yalançı hesab etmək kimidir)» [21]

     

    467. Bəzi hədisləri dərk etmək və onlara tab gətirməyin çətinliyi

    1436. İmam Sadiq (ə):«Həqiqətən, bizim hədisimiz çətin və çox ağırdır. Ona, müqərrəb mələkdən, mursəl peyğəmbərdən, Allah-taala qəlbini imanla sınamış bəndədən və alınmaz  şəhərdən başqa heç kəs tab gətirə bilməz»

    Əmr deyir:«Hədisin rəvayətçisi Şueybə dedim:«Ey Əbəl-Həsən, «alınmaz şəhərin» mənası nədir? Dedi:«Mən də imam Sadiqdən (ə) bunu soruşduqda Həzrət (ə) «O, geniş və dəyanətli qəlbdir» deyə buyurdu.»[22]

     

    468. Qur’an ilə sünnənin əhatəliliyi

    1437. Əbu Usamə:«İmam Sadiqin (ə) xidmətində idim. Müğeyriyyədən[23] də bir kişi orada idi. O, İmamdan (ə) sünnə haqda soruşdu. İmam (ə) buyurdu:«İnsanların ehtiyacı olduğu elə bir şey yoxdur ki, onun barəsində Allah və peyğəmbəri tərəfindən bir sünnə (göstəriş) verilməsin. Əgər belə olmasaydı Allah-taala gətirdiyi höccətlərlə bizə höccətləri təqdim etməzdi. Müğeyriyyədən olan kişi soruşdu:«Allah-taala bizə höccəti nə ilə göstərmişdir?» İmam Sadiq (ə) buyurdu:«Allah-taala buyurduğu «Bu gün sizin dininizi sizin üçün kamil etdim və sizə olan nemətimi tamamladım» sözlərilə.» [24]

     

    469. Mütəşabih[25] hədislər

    1438. İmam Rza (ə):«Qur‘anda olduğu kimi bizim xəbərlərdə də (hədislərdə) möhkəm və mütəşabih hədislər vardır. Bizim mütəşabih xəbərlərimizi onun möhkəmlərinə uyğunlaşdırın və onun möhkəmlərinə diqqət yetirmədən, mütəşabihlərə tabe olmayın ki, yolunuzu azarsınız.»[26]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Biharul-Ənvar, c.2, səh.152, hədis43

    [2] Biharul-Ənvar, c.2, səh.144, hədis5

    [3] Əmali-Mufid, səh.42, hədis10

    [4] Biharul-Ənvar, c.2, səh.150, hədis24

    [5] Əmali-Səduq, səh.152, hədis4

    [6] Biharul-Ənvar, c.2, səh.145, hədis9

    [7] Biharul-Ənvar, c.2, səh.156, hədis10

    [8] Kənzul-Fəvaid, c.2, səh.31

    [9] Biharul-Ənvar, c.2, səh.160, hədis13

    [10] Məani-Əxbar, səh.2, hədis3

    [11] Əmali-Tusi, səh.227, hədis398

    [12] Kənzul-Ummal, hədis 29255

    [13] Biharul-Ənvar, c.2, səh.212, hədis114

    [14] Kənzul-Ummal, hədis 907

    [15] əl-Kafi, c.1, səh.69, hədis4

    [16] Biharul-Ənvar, c.2, səh.189, hədis21

    [17] Məani-Əxbar, səh.390, hədis30

    [18] Kənzul-Ummal, hədis 29179

    [19] Biharul-Ənvar, c.2, səh.164, hədis24

    [20] Kənzul-Ummal, hədis 29284

    [21] Biharul-Ənvar, c.2, səh.77, hədis60

    [22] Məani-Əxbar, səh.189, hədis1

    [23] Müğeyriyyə – bir məzhəbin adıdır

    [24] Biharul-Ənvar, c.2, səh.169, hədis3

    [25] Motaşabeh – məna baxımından müxtəlif yozumları olan hədislər

    [26] Uyune Əxbare Reza (ə), c.1, səh.290, hədis39