470. Hər şeyin həddi var

1439. İmam Baqir (ə):«Allah-taala hər şeyə bir hədd və sərhədd, sərhəddi göstərmək üçün isə bir nişanə qoymuşdur. Bu həddi (sərhəddi) keçən şəxs üçün cəza (hədd) təyin etmişdir.» [1]

 

471. Hüdud və cəzaların uzaqlaşdırılması

1440. Allahın peyğəmbəri (s):«Bacardığınız qədər hədd və cəza tətbiqini müsəlmanlardan uzaqlaşdırın. Əgər müsəlman üçün bir çıxış və sığınacaq yeri tapsanız, onu azad buraxın. Çünki, imamın bağışlamaqda səhvə yol verməsi, səhvən cəzalandırmağından daha yaxşıdır» [2]

1441. Allahın Peyğəmbəri (s):«Cəzaları şübhələrlə uzaqlaşdırın.» (yəni, şəxsin cinayətkar olmasında tərəddüd, şübhə yarandıqda cəzanı (həddi) icra etməkdən çəkinin.)» [3]

 

472. Cəzaların icra olunması

1442. Allahın Peyğəmbəri (s):«İlahi cəzalardan birini (bir həddi) icra etmək, ilahi məmləkətlərə 40 gecə yağış yağmasından daha yaxşıdır.»[4]

1443. Allahın Peyğəmbəri (s):«Yer üzündə bir (ilahi) cəzanın həyata keçirilməsi 60 il ibadətdən daha pakdır.» [5]

1444. İmam Sadiq (s):«Öz tayfa və qəbiləsinin adlı-sanlı nəslindən olan bir qadını oğurluq etdiyinə görə Peyğəmbərin yanına gətirdilər. Allahın Peyğəmbəri (s) əmr verdi ki, onun əlini kəssinlən. Qureyşdən bir dəstə adam Peyğəmbərin yanına gəlib ərz etdi:«Ey Allahın Rəsulu! Kiçik bir xətaya görə, onun kimi böyük nəsildən olan bir qadının əlini kəsirsən?»

Buyurdu:«Bəli. Sizin ata-babalarınız belə işlərə görə məhv oldular. Onlar cəzanı və hüdudu yalnız çarəsizlərə qarşı tətbiq edirdilər. Öz güclüləri və kübarlarıyla heç bir işləri yox idi. Buna görə də, məhv oldular.» [6]

 

 

 

473. Cəzada nə vasitəçilik, nə zəmanət[7], nə də and qəbul olunar

1445. Allahın Peyğəmbəri (s):«Öz vasitəçiliyi ilə ilahi cəzanın icra olunmasına mane olan kəs, vasitəçiliyini geri götürənə qədər həmişə Allahın qəzəbi altında olacaq.» [8]

1446. Allahın Peyğəmbəri (s):«Cəzalandırmada (həddə) nə vasitəçilik, nə zəmanət və nə də, and qəbul olunur.» [9]

1447. İmam Əli (ə):«Cəzanın heç bir növündə zəmanət yoxdur.» [10]

1448. «Müstədrəkül-vəsail»:«İmam Sadiq (ə) atasından, ata-babasından, Peyğəmbərdən (s) nəql edir ki, o Həzrət cəzalandırmada (hüdudda) şəfaləti qadağan etmişdir. İmam (ə) buyurur:«Hər kəs ilahi cəzalardan birinin icra olunmaması üçün vasitəçilik etsə və cəzaların ləğv olunmasına çalışsa, Allah-taala Qiyamət günü ona əzab verər.» [11]

 

474. Cəzanın təxirə salmağın qadağan olması

1449. İmam Baqir (ə):«Bir kişinin zina etdiyi barədə üç nəfər şəhadət verdi. Əmirəl-möminin (ə) buyurdu:«Dördüncü şahid haradadır?» Dedilər:«İndi gəlir» Həzrət (ə) buyurdu:«Bu üç nəfərə hədd vurun (cəzalandırın). Çünki, cəza bir an da olsun, təxirə salınmamalıdır.» [12]

 

475. Həddi aşmağın qadağan olması

Quran

«Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın. Allahın hüdudlarından kənara çıxanlar, Əlbəttə, zalımlardır.» [13]

1410. Hədis:

1450. Allahın Peyğəmbəri (s):«(Qiyamət günü) Hökmündə bir şallaq az cəza (hədd) təyin edən hakimi gətirərlər. O deyər:«Ey Allahım! Sənin bəndələrinə ürəyim yandığı üçün belə etmişəm». Allah-taala ona buyurar:«Məgər sən onlara Məndən daha ürəyi yanansan?» Bu vaxt əmr verilər ki, onu oda atsınlar. Sonra bir şallaq çox vuranı gətirərlər. O da deyər:«Onları günahlardan çəkindirmək üçün bir şallaq çox vurmuşam. Onun da oda atılmasına əmr verilər.» [14]

1451. İmam Baqir (ə):«Əmirəl-möminin (ə) Qəmbərə əmr etdi ki, bir kişiyə şallaq (həddə) vursun. Qəmbər əsəbindən üç şallaq çox vurur. Əli (ə) Qəmbərə üç şallaq vurmaqla onu qisas edir.» [15]

 

 

 

476. Günahın paklanmasında cəzanın icrasının rolu

1452. Allahın Peyğəmbəri (s):«Günah edən şəxsə, həmin günahın cəzası tətbiq olunarsa, bu onun kəffarəsidir.»[16]

1453. İmam Əli (ə):«Allah-taala bu dünyada mömin bəndəyə cəza verərsə, Qiyamət günü onu yenidən cəzalandırmaqdan daha rəhimli və daha böyükdür.» [17]

 

477. Cəzalandırılmış şəxsi təhqir etməyin qadağan olması

1454. «Tənbihul-xəvatir»:«Allahın Peyğəmbəri (s) bir zinakar kişini daşqalaq etdi.» Bir nəfər öz dostuna dedi:«O, it kimi öldü.» Allahın Peyğəmbəri (s) həmin bu iki nəfərlə murdar bir leşin yanından keçəndə onlara buyurdu:«Dişlərinizlə bu leşdən bir tikə qoparın.» Ərz etdilər:«Ey Allahın Rəsulu! Allahın salamı olsun sənə, leşi dişimizə götürək?» Buyurdu:«Qardaşınızdan qopardığınız tikə bu leşdən daha üfunətlidir»[18]

1455. Əbdürrəhman ibn Əbi Leyla:«Əli (ə) bir kişiyə cəza (hədd) tətbiq etdi. Xalq həmin şəxsə təhqiramiz sözlər deyib  Lənətləməyə başladı. Əli (ə) buyurdu:«O, öz günahına görə daha sorğu-sual olunmayacaq.»[19]

 

478. Cəzalandırılmış (şallaq vurulmuş) şəxs üçüncü dəfə qətlə yetirilməlidir

1456. İmam Kazim (ə):«Böyük günah etdiklərinə görə iki dəfə cəzalandırılmış (şallaq vurulmuş) şəxslər üçüncü dəfə öldürülməlidir»[20]

 

479. Təzir[21]

1457. Həmmad ibn Osman:«İmam Sadiqdən  (ə) təzir barədə soruşdum. Buyurdu:«Həddən bir qədər azdır.» Ərz etdim:«Səksən şallaqdan azdır?» Buyurdu:«Qulun cəzası (hədd) olan qırx şallaqdan azdır.» Ərz etdim:«Nə qədərdir?» Buyurdu:«O hakimin nəzərindən asılıdır, şəxsin təqsirini (cinayəti) və bədəninin qüdrətini nəzərə almalıdır.»[22]

1458. İmam Sadiq (ə) -»Təzirin həddi nə qədərdir?» sualının cavabında- «On şallaqdan, iyirmi şallağa qədər.»[23]

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] əl-Kafi, c.1, səh.59, hədis2

[2] Kənzul-Ummal, hədis 12971

[3] Mən lə yəhzuruhul-fəqih, c.4, səh.74, hədis5146

[4] Kənzul-Ummal, hədis 14599

[5] Mustədrəkul-Vəsail, c.18, səh.9, hədis21843

[6] Mustədrəkul-Vəsail, səh.7, hədis21834

[7] Zəmanət – yəni, cəzalandırılmış şəxs üçün zamin durmaq

[8] Kənzul-Ummal, hədis 43837

[9] Mən la yəhzuruhul-fəqih, c.4, səh.74, hədis5146

[10] Mustədrihul-Vəsail, c.13, səh.439, hədis15846

[11] Mustədrəkul-Vəsail, c.8, səh.24, hədis21901

[12] əl-Kafi, c.7, səh.210, hədis4

[13] Bəqərə, ayə 229

[14] Mustədrəkul-Vəsail, c.8, səh.37, hədis21948

[15] əl-Kafi, c.7, səh.260, hədis1

[16] Kənzul-Ummal, hədis 12964

[17] Tuhəful-Uqul, səh.214

[18] Tənbihul-Xəvatir, c.1, səh.116

[19] Kənzul-Ummal, hədis 14002

[20] əl-Kafi, c.7, səh.191, hədis2

[21] Təzir – cəzanın bir növüdür. Təzirdə tərbiyələndirmək məqsədi ilə şallaq vurular.

[22] İləluş-Şəraye, səh.538, hədis4

[23] əl-Kafi, c.7, səh.240, hədis1


more post like this